Əlaqə Arxiv
news Image
2018.09.26
16:52
| A A A
Nikol Paşinyan Ermənistan dövlətinin suveren olmadığını etiraf etdi

Ermənistanın baş naziri Nikol Paşinyanı nə vadar edirdi ki, BMT-nin 73-cü sessiyasında iştirak etdi. Halbuki, N.Paşinyan 23 sentyabr tarixində İrəvanda keçirilən mer seçkilərini əsas gətirərək ABŞ-a olan səfərini təxirə saldığını bildirmişdi. Çünki ABŞ prezidenti ilə görüşün baş tutmaması onun bu qərarı verməsinə səbəb olan əsas amil idi. Görünür, Amerikadakı erməni lobbisi N.Paşinyana yeni tapşırıqlar vermək üçün Nyu Yorka çağırdı. N.Paşinyan təyyarədən düşər-düşməz "Heç bir qüvvənin onu devirə bilməyəcəyi"-ni qeyd etməsini Kremlə bir mesaj kimi qiymətləndirilməlidir. İrəvanda mer seçkilərində dəstəklədiyi namizədin qələbə qazanması onun Rusiyaya və daxildə köhnə hökumət, Qarabağ klanına qarşı əlini gücləndirib. Buna səbəb Kreml İrəvanda Qarabağ klanını dəstəkləyərək bu klanın rəhbəri Robert Köçəryana dəstək verir. R.Köçəryanın da əsas məqsədi vəziyyətə uyğun hərkət edərək,hər hansı yaranacaq böhrandan istifadə edərək, N.Paşinyanı qarşı əks-inqilaba başlamaqdır. Bütün bunları nəzərə alan N.Paşinyan Nyu Yorkda çıxışı zamanı Kremlə və daxili əks-inqilabçılar qarşısında güclü olduğunu və mübarizəni sonuna qədər davam etdirəcəyini vurğuladı. Xüsusilə, N.Paşinyan ABŞ-da çıxışı zamanı tez bir zamanda parlament seçkilərinin gedilməsinə çalışacağını bildirməsi onu göstərir ki, mer seçkilərində qələbə qazanması onun növbədənkənar seçkilərə getməsinə əlverişli zəmin yaradıb. Hazırkı vəziyyətdə N.Paşinyanın parlament seçkilərinə ciddi hazırlaşaraq qalib gəlmə ehtimalının yüksək olduğu görsənir.

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-a səfəri çərçivəsində erməni diaspor nümayəndələri qarşısında çıxışı zamanı “suveren dövlətə məxsus yanaşmalar sərgiləməliyik” deməklə Ermənistan dövlətinin hələ də suveren, müstəqil siyasət yürütmədiyini etiraf etmiş oldu.

Analitik Ehtiram Aşırlı

Sizin Reklam Yeriniz