news Image
2018.10.13
09:30
| A A A
Ermənistanın Frankofoniya gözləntiləri də uğursuzluğa düçar olur
Paşinyanın yüngülməcaz cəhdləri yenə nəticəsiz qalır

Ermənistan Baş naziri bir müddət öncə BMT Baş Assambleyasının 73-cü sessiyasında etdiyi bəyanatda olduğu kimi, Frankofoniya təşkilatının açılışında etdiyi çıxışında da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair yalan və həqiqətdən uzaq fikirlər səsləndirib. O deyib ki, Qarabağ erməniləri münaqişənin həllində tərəf qismində iştirak etməlidirlər. Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) Ermənistan baş nazirinin çıxışını şərh edərkən bildirilib ki, bu cür ritorika Düşənbədə baş tutmuş söhbətin ruhuna tamamilə uyğun gəlmir: “Əgər Ermənistan baş naziri dürüst olmaq istəyirsə, o zaman onu tam ədalətli olmağa və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarından zor gücünə öz evlərindən qovulmuş yüz minlərlə Azərbaycanlıların fundamental hüquqlarının pozulduğunu etiraf etməyə çağırırıq. Məqsədyönlü şəkildə erməni icmasını “Dağlıq Qarabağ xalqı” adlandıran Ermənistan baş naziri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasına qarşı etnik təmizləmənin həyata keçirildiyinə göz yumur. Əgər Ermənistan rəhbərliyi özünü demokratik adlandırırsa və sülh şəraitinin yaradılmasından danışırsa, o zaman onlar qanunun aliliyi və demokratik dəyərlərə uyğun davranmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində və digər beynəlxalq təşkilatların qərarlarında tələb olunduğu kimi, didərgin düşmüş insanların öz evlərinə geri dönməsinə imkan yaratmalı və öz silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən geri çəkməlidir”.

Lakin “kor tutduğunu buraxmayan kimi”, Ermənistanın baş naziri də tutuquşu rolunda eyni sözləri səsləndirməkdən yorulmur. Onun “Frans-24” kanalına verdiyi müsahibədə də “inqilabçı” nazir eyni fikri təkrarlayır ki, Azərbaycan tərəfi Qarabağ “xalqı” ilə danışmaq istəmir. 
Paşinyanın özünü belə aparması, yersiz höcətçiliyi, düşünülməmiş sözləri çox güman ki, parlament seçkilərini udmağa yöhəlmiş fəaliyyətdir. Çünki, o, “Fransa mediasına verdiyi müsahibə ilə kimləri ələ almaq istəyir” sualının cavabı ritorik və natamamdır. Fransızları? Axı, Fransa hökuməti MQ-nin həmsədr ölkəsi kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Belə olan halda “Qarabağ xalqı” ifadəsi özündə nəyi ehtiva edir. Yalnız millətçi ermənilərin arzularını. Halbuki, Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onların vətəndaşlıq hüquqlarını qorumağa Azərbaycan həmişə hazırdır. Təbbi olaraq, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar öz deputatlarını seçiblər və Milli Məclisdə həmin şəxslər uğurla fəaliyyət göstərirlər. Ərazidə yaşayan ermənilərin də bu seçkilərdə iştirak etmək hüquqlarını biz tərəfdən heç kim ləğv etməyib. Bəs, Ermənistan hakimiyyəti Dağlıq Qarabağ üçün nə edib? İşğaldan başqa heç nə! 
Ermənistan baş nazirinin belə sayıqlamaları onun siyasətçi imicini dünya siyasi səhnəsində heçə endirib. Heç təsadüfi deyil ki, bu günlərdə Ermənistanda işgüzar səfərdə olan Fransa prezidenti Emmanuel Makron məbuat konfransında jurnalistin “Ermənistanın yeni baş naziri haqda təəssüratlarınız necədir?” birbaşa cavabdan açıq şəkildə yayınıb və suala dolayısı dəxli olan cavab verib: “Siyasət ondan ibarətdir ki, təəssüratlarını şərh etməyəsən, hərəkət edəsən, işləyəsən və öz fikrin ola”.
Baş nazir Paşinyanın fikirləri və çağırışları sübut edir ki, o, adi bir yalançı və goçudur. Bu günlərdə Paşinyan öz «facebook» səhifəsində yazıb: “Biz iqtisadi sıçrayış üçün güc toplayırıq. İnqilabın əvvəlindən - yəni may adından bu günə kimi bank sisteminin aktivləri 10,5%, kreditlər 7%, fiziki şəxslərin kreditləri 10,4%, hüquqi şəxslərin kreditləri 4,3%, əmanətlər 9,2% artıb”. Lakin keçmiş baş nazir və iqtisadçı Qrant Baqratyan onun gətirdiyi rəqəmlərə istehza edib və onların hamısını yanlış adlandırıb. Bazarda isə gündəlik istehlak malları sürətlə başalaşmaqda davam edir. Bu isə xalqın güzəranının pisləşməsi deməkdir. Hətta üç ay sonra Paşinyan parlamenti ələ keçirsə belə, yenə ölkənin iqtisadi vəziyyətini düzəltmək üçün illərlə vaxt lazımdır. Xalq isə hökumətdən çörək və firavan həyat istəyir. Yalan və gopla bu tələbləri yerin\ə yetirmək mümkün olan məsələ deyil. Bu baxımdaqn Paşinyanın gələcək məğlubiyyəti qaçılmazdır.
N.NOVRUZ