Əlaqə Arxiv
news Image
2018.10.18
09:50
| A A A
Leyla Yunusun niqabını qaldıran daha bir saxtakarlığı
Bu qadın heç nə olmamış kimi alverini davam etdirir

Bir neçə il əvvəl mətbuatda Leyla Yunusun xaricdən aldığı qrant pulların siyahısı dərc olunmuşdu. Məlum olmuşdu ki, cəmi iki il ərzində o, xarici ölkələrdən nə az, nə çox,  132027,25 manat, 787417,25 dollar və 137519 avro məbləğində vəsait əldə edib. Bundan başqa özünü “hüquq müdafiəçisi” kimi təqdim edən, “Sülh və Demokratiya İnstitutu” adlı qurumun sədri Leyla Yunus 2006-2014-cü illərdə ABŞ-ın Milli Demokratiyaya Dəstək Fondu (NED), 

German Marşall Fondu (GMF) və başqa donor təşkilatları tərəfindən ona ayrılan – ümumi məbləği 159.842.29 manat, 580.978.94 ABŞ dolları, 241.338.49 avro olan qrantları mənimsəyərək külli miqdarda dələduzluq, vergidən yayınma və digər cinayətlər törədib. 
Bu barədə Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, vəkil Elçin Qəmbərovun yazdığı “Leyla Yunusun Parlaqlığı və Səfaləti” adlı kitabda məlumatlar yer alıb.
Həmin kitabda Azərbaycanda yaşadığı müddətdə bu şəxsin fırıldaqçılıq və dələduzluq yolu ilə əslində cinayətlər törətdiyi faktlarla sübut olunub. 
Bəs, əməllərinə görə bir neçə il qazamatda “yatan”, sonradan Azərbaycanın rəhbərliyi tərəfindən humanist prinsiplərə və qadın olduğuna görə vaxtından əvvəl azadlığa buraxılan Leyla Yunus nə etdi?! Gözləmək olardı ki, o, həyatdan düzgün nəticə çıxaracaq və insanlara ziyan gətirən fırıldaqçılığından əl çəkəcək. Amma, yox! Öyrənmiş cana hacət yoxdur. Xəstəliyini bəhanə edib xaricə köçən və oğurladığı milyonlarla bir neçə ölkədə mülk alan, biznesə baş qoşan Leyla Yunus köhnə şakərindən əl çəkə bilməyib. 
Bu yaxınlarda beynəlxalq müxalif təşkilatların Çexiyada keçirilən yığıncağında o, rus mətbuatına verdiyi müsahibədə öz zibillərinin üstünü özü açıb. Belə ki, “Nastoyaşeye vremya”ya müsahibəsində Azərbaycanda siyasi məhbusların mövcudluğunu sübut etməyə girişən Leyla Yunus deyir ki, Bakı həbsxanalarındakı siyasi məhbuslar tez-tez onun holland nömrəsinə zəng edib, situasiyanı danışırlar. Bəs, belə, heç demə, bu qadın Azərbaycandakı məhbusların güman yeriymiş. Yəni, cinayət işlə düş həbsxanaya, amma heç narahat olma, Hollandiyaya bir zənglə siyasi məhbus statusu alıb azadlığa çıxacaq və azadlıq carçısı kimi Avropaya yollanacaqsan.
Demək, hüquqi dövlət olan Azərbaycanda dövlət orqanları hansısa bir qadının hökmü ilə hesablaşır və qərarlar verir.
Ancaq maraqlıdır ki, məhbus olan şəxs xaricə hansı statusla sərbəst zəng edib dərdini danışır?! Ümumiyyətlə, bu mümkündürmü? Yox, mümkün deyil. Elə məsələ bundadır ki, Leyla Yunus həmişə belə fəaliyyət göstərib. Azərbaycanda siyasi məhbusların olması da elə beləcə, saxtakarcasına quraşdırılıb və Avropanın hüquq təşkilatlarına ötürülüb. Müxalifətçi Erkin Qədirlinin etiraf etdiyi kimi, bu cür fırıldaqçılar xaricdə ölkəmiz haqqında elə dəhşətli yalanlar uydurub danışırlar ki, onlarda dəhşətli dərəcədə mənfi emosiyalar yaranır. 
Ancaq indi zəmanə dəyişib. Azərbaycan həqiqətləri ayaq açıb dünyanın hər yerində yeriyir. Leyla yunusların saxtakarlığı daha çətin ki, kiminsə könlünü “oxşaya”. Yox, kimsə buna inanırsa, onda bu, onun mayıflığının göstəricisidir. L.Yunusun özü isə artıq “boş giliz” formatına düşüb, yəni, adı yaddaşlarda “saxtakar” kimi qalıb.
N.NOVRUZ 

Sizin Reklam Yeriniz