Əlaqə Arxiv
news Image
2018.10.23
12:04
| A A A
Nazirdən Mikayıl Müşfiqin sümüklərinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət

Mədəniyyət naziri Əbülfəs Qarayev rusiyalı milyarder Fərhad Əhmədovun Qaradağ rayonunun Buta qəsəbəsində Azərbaycan şairi Mikayıl Müşfiqün sümüklərinin qalıqlarının tapılması ilə bağlı səsləndirdiyi iddialara münasibət bildirib.

Movqe.az-ın məlumatına görə, Ə.Qarayev bildirib ki, təsdiq olunmamış məlumatlara istinad etmək lazım deyil: "İctimaiyyət bu kimi sensasion xəbərlərə inanmasın. M.Müşfiqin adı Azərbaycan üçün müqəddəsdir. O, Azərbaycan ədəbiyyatı tarixində böyük iz qoymuş şəxsiyyətdir. Azərbaycan dövləti ona hörmətlə yanaşır. Prezidentin müvafiq sərəncamı ilə bu il onun yubileyi keçirilir. Artıq bu tədbirlərin icrasına başlanılıb. Hazırda Mikayıl Müşfiq adına muzeyin yenidən qurulması ilə bağlı işlər gedir. O heç vaxt dövlət və ictimaiyyət tərəfindən unudulmayıb və bundan sonra da unudulmayacaq".

 

Ə.Qarayev əlavə edib ki, Puta qəbirstanlığındakı qalıqların kimə aid olması dəqiqləşdirildikdən sonra M.Müşfiqin qəbrinin orada olub-olmaması barədə danışmaq olar: "O vaxta qədər isə M.Müşfiqin qəbrinin harada olması ilə bağlı danışmaq tezdir. Ona görə də məsələyə həssas yanaşılmasını tövsiyə edirəm".

Sizin Reklam Yeriniz