Əlaqə Arxiv
news Image
2018.10.31
17:30
| A A A
"Ermənistan dünyanın ən islamofob ölkəsidir" - Pew Research Center

Avropa dini azlıqlar, homoseksual nikah və abort kimi ictimai məsələlərə münasibətdə iki hissəyə bölünür.

"Pew" Araşdırma Mərkəzinin son hesabatına əsasən, Mərkəzi və Şərqi Avropa ölkələri müsəlmanları, yəhudiləri, homoseksual nikahı və abortu Qərb Avropa ölkələrinə nisbət daha az qəbul edir.

Movqe.az milli.az-a istinadən xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən təşkilat 2015-ci ildən 2017-ci ilə qədər 34 Avropa ölkəsində 56 min insanla apardığı sorğunun nəticələrini açıqlayıb.

Orta və Şərqi Avropa ölkələrində az sayda insan "Müsəlmanı ailənizə qəbul edərsiniz?" sualına müsbət cavab versə də, Qərbi Avropa ölkələrində bu rəqəm 50 faizdən çoxluq təşkil edib.

Eyni vəziyyət "Yəhudini ailənizə qəbul edirsiniz?" sualına da aiddir.

 

Ermənistanda "Müsəlmanı ailənizə qəbul edərsiniz?" sualına "bəli" deyə cavab verənlər 7 faiz təşkil edir. Bununla Ermənistan sorğu keçirilən ölkələr arasında ən sonuncu yeri tutur.

Belə ki, Çexiya (12 faiz), Belarus (16 faiz) və Litva (18 faiz) ondan əvvəlki sıradadır.  Hollandiyada yaşayanların 88 faizi bu suala "bəli" deyib. Bundan sonra Norveç (82 faiz), Danimarka ( 81 faiz), İsveç (80 faiz) və Belçika (77 faiz) dayanır. Bu rəqəm Fransada 66, Almaniyada isə 55 faizdir.

Müsəlmanları qonşu olaraq qəbul edirsinizmi?

Finlandiyada sorğuda iştirak edən insanlardan 83 faizi, Ukraynada isə 55 faizi bu suala "bəli" deyə cavab verib.

Sizin Reklam Yeriniz