Əlaqə Arxiv
news Image
2013.04.22
11:43
| A A A
Elmar Məmmədyarov Fələstinin baş naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqə səfəri çərçivəsində Fələstinin baş naziri Salam Fayad ilə görüşüb.

 

XİN mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Azərbaycanın xarici işlər nazirini salamlayan Fələstinin baş naziri Salam Fayad Fələstinin Azərbaycanla münasibətlərə yüksək əhəmiyyət və dəyər verdiyini vurğulayıb.

 

Fələstinin baş naziri ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, Azərbaycanı yaxın dost və qardaş ölkə adlandıraraq, müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirib.

 

Nazir Elmar Məmmədyarov Azərbaycanın beynəlxalq arenada Fələstinə dəstəyini davam etdirəcəyini qeyd edərək, ölkəmizin Yaxın Şərq regionunda münaqişənin tezliklə öz həllini tapmasında maraqlı olduğunu vurğulayıb, Azərbaycanın münaqişənin iki dövlət və Fələstinin paytaxtı Şərqi Qüdsün olması prinsipi ilə həllinin tərəfdarı olduğunu bildirib.

 

Xarici işlər naziri Azərbaycanın Fələstinlə bir çox sahələrdə, o cümlədən humanitar sahədə əməkdaşlıq perspektivinə toxunaraq, fələstinli tələbələrin Azərbaycanda təhsil alması üçün tərəfimizdən lazımi dəstəyin verildiyini qarşı tərəfin diqqətinə çatdırıb, sözügedən dəstəyin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də həyata keçirildiyi bildirilib.

 

Daha sonra Yaxın Şərq regionunda gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verib, bu münaqişənin haqlı və ədalətli həllinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baş verəcəyini bildirib.

Sizin Reklam Yeriniz