Əlaqə Arxiv
news Image
2018.11.12
10:24
| A A A
Paşinyanın "gah-gah" siyasəti davam edir

Serj Sərkisyanın dövründə müxalifətdə olan Paşinyan Avrasiya İqtisadi İttifaqı strukturlarına inteqrasiyaya şiddətlə qarşı çıxırdı, lakin indi isə Paşinyan 6 dekabr tarixində Sank-Peterburqda təşkil olunacaq Avrasiya İqtisadi İttifaqının iclasında iştirak edəcək. Bu zaman belə bir sual ortaya çıxır görəsən nə dəyişdi ki, Paşinyan üçün bu İttifaq dünyada ən yaxşı təşkilata çevrilib? 
Paşinyan bu iclasda iştirak etməklə regionda baş verən proseslərdən kənarda qalmamağa çalışır. Həmçinin MDB dövlətlərinin Azərbaycanla xüsusilə də rəsmi Moskvanın Bakı ilə olan münasibətlərini qısqanclıqla və narahatlıqla izləyir. Son Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsinin Astana zirvəsi bir daha sübüt etdiki Azərbaycanın üzv olmamasına baxmayaraq, üzv ölkələr tərəfindən maraqları hər zaman qorunub saxlanılmış və təmin edilmişdir. Hələ ki, Ermənistan kimi işğalçı ölkənin təxribatlarına və bütün cəhdlərinə rəğmən. Təbii ki bütün bunlar prezident İlham Əliyevin reallaşdırdığı uğurlu xarici siyasətinin və diplomatiyasının bariz nümunəsidir. Artıq bütün MDB dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə qalmayıb həm də Qarabağ münaqişəsinin tez bir zamanda həll olunması üçün rəsmi Bakının mövqeyini dəstəkləyirlər. Həmçinin bu dövlətlər Azərbaycanla siyasi, iqtisadi, hərbi, mədəni, diplomatik əlaqələrin qurulmasında daha çox maraqlıdırlar nəinki işğalçılıq siyasəti yeridən Ermənistanla. Bütün bu prosesləri görən Paşinyan hər vəchlə, Ermənistanın regionda təcrid olunmamasının, mövqeyinin qoruyub saxlanılmasına və təmin edilməsinə çalışır. Lakin Paşinyanın bütün bu cəhdlərinin boşa çıxdığını və uğursuzluqla nəticələndiyini ifadə edə bilərik. Həmçinin o iclas da KTMT-nın baş katibinin kim olacağına dair  qərarın verilməsi də Paşinyan üçün bu səfəri əhəmiyyətli edən amillərdən biridir. 
Paşinyanın  bu səfərdəndə əli boş qayadacağını ehtimal etmək mümkündür. Düşünürəm ki, Rusiya-Ermənistan münasibətlərində yaşanan gərginlik, KTMT-a baş katibin təyin edilməsi məsələsinə öz təsirini göstərəcək. Ələlxüsus da baş katibin təyin edilməsi məsələsinə dair son qərarın Sank-Peterburqda verilməsi də ayrı bir məna kəsb edir, xüsusilə də iki ölkə arasındakı əlaqələrin gərgin olduğu bir vaxtda.

Politoloq Ehtiram Aşırlı 

Sizin Reklam Yeriniz