Əlaqə Arxiv
news Image
2018.11.12
15:53
| A A A
Müstəqil Azərbaycanın milli Konstitusiyası ümumbəşəri və demokratik dəyərlərə əsaslanıb

Azərbaycan Konstitusiyası xalqımızın milli dövlətçiliyinin və suveren hüquqlarının təminatçısıdır. Müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşdırılması, dövlətçiliyin milli ideoloji düşüncə tərzinə çevrilməsi prosesi məhz ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyasının müddəaları əsasında həyata keçirilir.

Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikir Konstitusiya Günü münasibətilə noyabrın 12-də Qax şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “dəyirmi masa”da səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan ilk milli Konstitusiyanın milli dövlətçiliyimizin formalaşması və inkişafında böyük əhəmiyyəti olduğunu bildirib. Qeyd olunub ki, ümumbəşəri və demokratik dəyərlərə əsaslanan Konstitusiyamız müstəqillik və dövlətçilik tariximizdə yeni səhifə açıb.

Tədbirdə çıxış edənlər ilk milli Konstitusiyanın qəbulundan sonra Azərbaycanda dövlət quruculuğu sahəsində yeni mərhələnin başlandığını bildiriblər. Vurğulanıb ki, 23 il əvvəl ilk milli Konstitusiyanın qəbulu, sadəcə, yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, eyni zamanda, ölkəmizdə humanitar inkişafın prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə, ilk növbədə, siyasi sistemin mərkəzində vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyəvidir.

Sizin Reklam Yeriniz