Əlaqə Arxiv
news Image
2018.11.13
09:40
| A A A
Ermənistan KTMT-də də təcrid edilir
Natiq Miri: “Ermənistan və onun rəhbəri KTMT və Avrasiya İttifaqı çərçivəsində təcrid olunur”

Xəbər verildiyi kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) son iclasında Ermənistan ciddi fiaskoya uğrayıb.

Xatırladaq ki, Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan 2020-ci ildə səlahiyyəti bitəcək Yuri Xaçaturovun vaxtından əvvəl geri çağırılmasına nail olmaqla bərabər, onun yerinə Vaqarşak Arutyunyanın namizədliyini irəli sürüb. Amma onun bu istəyinə Astana sammitində etiraz edilib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, həmin vəzifəni Ermənistan nümayəndəsi deyil, Belarus nümayəndəsi tutmalıdır. Rotasiya qaydasında baş katiblik hüququ çatan Belarus isə artıq namizədini təqdim edib. Bu, Bakıda təhsil alan general Stanislav Zasdır.  Qeyd olunan xüsusda Astana sammitində baş verənlərlə bağlı “Moskovskiy komsomolets” qəzetində də maraqlı məqama toxunulub. Qəzet yazır ki, Ermənistanın planları Aleksandr Lukaşenkonun müqaviməti ilə toqquşub. Lukaşenko bildirib ki, əgər Ermənistan öz təmsilçisini baş katib postundan geri çağırıbsa, o zaman bu məsələ, ümumiyyətlə, müzakirə edilməməlidir və rotasiya prinsipinə uyğun olaraq KTMT-nin baş katibi Belarusun namizədi olmalıdır.
Politoloq Natiq Miri qeyd etdi ki, Paşinyanın yürütdüyü siyasət fonunda KTMT-də üzv ölkələr tərəfindən onu və onun timsalında Ermənistanı təcrid etmək yolu tutulub: “Paşinyanın rəhbərliyi altında erməni hökumətinin KTMT-nin hərbi strukturunun başında olan Xaçaturovun Ermənistana təhvil verilməsilə bağlı tələbi təbii ki, quruma üzv olan digər ölkələri qıcıqlandırıb. Ona görə ki, KTMT rəhbərinin həbsi dolayısı ilə həmin təşkilatın nüfuzuna böyük zərbə olacaqdı. Yəni, cinayətkar bir ünsürün böyük bir hərbi struktura rəhbər gətirilməsi əslində, təkcə Ermənsitan adına deyil, Rusiya, Belarus, Qazaxıstan kimi böyük dövlətlərin nüfuzuna da zərbə idi. Məhz bu mənfi imici öz üzərlərinə götürməmək üçün KTMT ölkələri öz aralarında Ermənistanı cəzalandırmaq qərarına gəlib. Demək olar ki, erməni generalının KTMT rəhbərliyindən çıxarılmasından sonra məhz növbəti rəhbər şəxsin  Belarusdan olması ilə bağlı qərar  bütün ölkələrin birgə istəyilə qəbul olundu. Yəni hiss olundu ki, Ermənistan rəhbərliyinin həmin istəyi digər KTMT ölkələrinin imicinə ciddi zərbə vurub. Bu kontekstdə də həmin ölkələr Ermənistan rəhbərliyinə qarşı  birləşdilər. Son nəticədə onlar Ermənistanı cəzalandırmaq və ona dərs vermək üçün rotasiyaya uyğun olaraq növbəti dəfə Belarusun həmin rəhbərliyi öhdəsinə götürməsini məsləhət bildilər. 
Doğrudur, əsas olaraq göstərildi ki, az zaman qalıb və bu qısa müddətdə Ermənistandan olan yeni rəhbərlik bütün KTMT bölgələrini gəzib, konkret məlumat toplaya və hesabat verə bilməyəcək.  Ancaq düşünürəm ki, əsas səbəb bu deyil. Əsas səbəb Paşinyan hökumətinin düşünülməmiş atdığı həmin addım idi ki, bu da KTMT imicinə ciddi zərbə hesab olundu. Ona görə də Paşinyan hökuməti cəzalandırıldı. 
Artıq bununla bağlı olaraq erməni mətbuatı və siyasi kuluarlarında çıxış edənlər Ermənsitanın  KTMT və Avrasiya İttifaqı səviyyəsində tamamilə təkləndiyi iddiasındadır. Bu gün ictimai rəydə belə bir fikir formalaşıb. Onlar hesab edir ki, Paşinyan ciddi siyasi füqur kimi, həm KTMT, həm də Avrasiya İttifaqı dövlətləri arasında qəbul edilmir. Onunla bu məsələlərdə konkret olaraq məsləhətləşmələr aparılmır. Yəni bir dövlət rəhbərinin fikirlərinə ümumiyyətlə, fikir verilmir. Bu da təbii ki, Ermənistan və onun rəhbərliyinin həmin ittifaq çərçivəsində təcrid olunduğunun bariz nümunəsi sayıla bilər”. 
Rüfət NADİROĞLU   

Sizin Reklam Yeriniz