Əlaqə Arxiv
news Image
2018.11.15
09:44
| A A A
Eleni Teoxarus beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmağa adət edib

Beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü prinsipinə münasibətdə barışmaz mövqeyi, ekstremist çağırışları ilə seçilən Eleni Teoxarusun Azərbaycan və Ukraynadan sonra Albaniyanın da Avropa və Xarici İşlər Nazirliyi, eləcə də Daxili İşlər Nazirliyinin birgə qərarı ilə ölkəyə girişi arzu olunmaz şəxsi elan olunması təəccüb doğura bilməz. Çünki, Azərbaycanın işğal olunmuş ərazilərinə də qanunsuz səfərlər etdiyinə görə, XİN-in "qara siyahısı"na salınan, Avropa Parlamentinin (AP) Kipr Respublikasından olan üzvü Teoxarus indi də Albaniya Respublikasının Konstitusiyasına, təhlükəsizliyinə, ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət dolu çıxışları ilə gündəmi zəbt edən qalmaqala imza atıb.
Erməni diasporunun sifarişi əsasında Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərlər edən E.Teoxarusun ekstremist çağırışları indi də Albaniyaya qarşıdır və hələ daha hansı ölkələrə qarşı belə çağırışlar etməyəcəyini də kimsə deyə bilməz. Avropa Parlamentinin (AP) Kipr Respublikasından olan bu ermənipərəst üzvü beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmağa artıq adət edib və əgər onun bu əməllərinə son qoyulmazsa, bundan sonra da belə ekstremist çağırışlarına davam edəcəyi heç şübhə doğuran deyil.
Ermənipərəst deputatın elə erməni xislətində olduğu da göz qabağındadır və Almaniyada erməni mafiyası ilə əlaqədar üzə çıxarılan faktlar təsdiq edir ki, Avropa Parlamentinin (AP) Kipr Respublikasından olan bu üzvü sifarişlə işləyir. Daha doğrusu, ermənipərəstliyi də, ektremizm meyilləri də sübut edir ki, sifarişlə işləmək bu insan xislətidir. Belə olan halda, bu deputatın bundan sonra sifarişlə işləməyə davam etməyəcəyinə, digər dövlətlərə qarşı ekstremist çağırışlar etməyəcəyinə kimsə zəmanət verə bilməz.. 
Diqqət çəkən məqam ondan ibarətdir ki, Eleni Teoxarusun təmsil etdiyi Avropa Parlamenti öz üzvünün belə qanunsuz hərəkətlərinə münasibət bildirmədiyi, cəza tədbirləri görmədiyi təqdirdə həmin qanunsuz əməllərə göz yumur. Bir sözlə, qanunsuz əməllərə göz yummaqla da qanunsuzluğa rəvac verir.

Politoloq Ehtiram Aşırlı 

Sizin Reklam Yeriniz