Əlaqə Arxiv
news Image
2018.11.16
08:00
| A A A
KTMT-də Ermənistanın mövqeləri daha sürətlə çökür
Bu təşkilat ermənilərin əlində oyuncaq yox, Rusiya, Qazaxıstan, Belarus kimi dövlətlərin yaratdığı ciddi hərbi qurumdur

Nikol Paşinyan güruhu tərəfindən Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı nümayəndəsi Yuri Xaçaturovun əvvəlki illərdəki cinayət əməllərinə görə geri çağırılması inqilabın nailiyyəti kimi dəyərləndirilmişdi. Guya, yeni hakimiyyət mənsubları demokratik mövqe sərgiləyirlər. Amma, əslində, özləri də bilmədən özlərinə quyu qazıblar. 

Birincisi, Xaçaturov Kremlin adamı olduğundan Paşinyan birbaşa bu hamiliyə zərbə vurub. İkincisi, ermənilərin təşəxxüs etdikləri beynəlxalq hərbi qüvvələrə müvəqqəti komandanlıq əllərindən çıxıb. 
Ümumiyyətlə, Avrasiya və KTMT kimi təşkilatlarda özünü “xüsusi imtiyazlara malik” ərköyün uşaq tək aparır. Bu ölkədə elə bilirlər ki, digər millətlər və ya dövlətlərin ermənilərə borcu var və onların nazı ilə oynamağa məcburdurlar. Görünür, bu hal onların indi-indi dövlətçiliyi öyrənmələrindən və bir toplum şəklində formalaşmalarından irəli gəlir. Paşinyanın tələbi ilə geri çağırılan Xaçaturovun yeri hazırda boşdur. Əgər o, vəzifəsində qalsaydı, onda erməmilər 2020-ci il də daxil olmaqla təşəxxüslü davranacaqdılar. Ancaq özləri öz adamlarının ayağından çəkdiklərindən dərin sarsıntı keçirirlər. Çünki, gözlədiklərinin əksinə olaraq KTMT-nin sədrliyinə erməni namizəd yoxdur, daha doğrusu, təşkilat bu namizədi görmək istəmir. Bu isə parlamentə növbədənkənar seçkilərdə Paşinyanın imicinə zərbədir. Axı, bu, birbaşa onun təqsiridir. 
Hazırda boş olan KTMT-nin başçısı postunu tutacaq şəxs barədə 3 variant mövcuddur:birincisi, müavin postunda olan Valeri Semerikovun 2020-ci ilə qədər baş katib vəzifəsini icra etməsi, ikincisi, totasiya qaydasında Ermənistandan sonra bu posta gəlməli olan Belarus nümayəndəsi, axırıncı da ermənilərin təkid etdiyi kimi qısa müddətdə Ermənistanın namizədi üzərində dayanmaq. Ermənistanda indi bu variantlar qızğın müzakirə və qeybət mövzusudur. Propaşinyan qüvvələr bütün siyasiləri bu işdə günahlandıraraq özlərini təmizə çıxarmaq istəyirlər. Məqsəd də parlament seçkisində maksimum nəticə əldə etməkdir. Məsələn, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Yekaterinburq universitetinin tələbələri ilə görüşdə vəziyyəti olduğu kimi tələbələrə danışmağına görə İrəvanda tənqid obyektinə çevrilib. Onu bunda günahlandırırlar ki, niyə variantları olduğu kimi sadalayıb, amma baş katibin mütləq erməni olması haqda müddəanı alovlu şəkildə təbliğ etməyib. Erməni dünyagörüşünə görə, reallıq heç vaxt onları qane etmir. Mütləq hansısa bir rola girib xəyalları və istəkləri təsbit etmək lazımdır.
Ermənistanda baş katib məsələsi o səviyyədə siyasiləşdirilib ki, hətta insan hüquqları üzrə müvəkkil vəzifəsini yerinə yetirmiş eks-ombudsman Larisa Alaverdiyan da deyir ki, ölkənin bütün siyasi qüvvələri KTMT-də baş katib vəzifəsinin Ermənistan nümayəndəsində qalması uğrunda mübarizə aparmalıdır: “Ermənistanın bütün siyasi qüvvələri aralarında olan ziddiyyətləri bir kənara qoyaraq bu məsələdə dəqiq mövqe sərgiləməlidirlər. Elə məsələlər var ki, bunlar partiyaların yalnız bəzəyidir”. 
Ancaq ermənilər nə deyirlər desinlər, təşkilatın ağsaqqalı olan Nursultan Nazarbayevin irəli sürdüyü versiyaya görə Belarus nümayəndəsi baş dekabrın 6-da Sankt-Peterburq şəhərində keçiriləcək sammitdə KTMT-nin baş katibi seçiləcək. Çünki, bu təşkilat ermənilərin əlində oyuncaq yox, Rusiya, Qazaxıstan, Belarus kimi dövlətlərin yaratdığı ciddi hərbi qurumdur.
N.NOVRUZ 

 

 

Sizin Reklam Yeriniz