Əlaqə Arxiv
news Image
2018.12.07
08:00
| A A A
Azərbaycan, Türkiyə və Pakistandan Ermənistana sərt hərbi mesaj
Üzeyir Cəfərov: “Bu, işağlçılıq siyasəti yeridən Ermənistan üçün ciddi mesajdır” Azad İsazadə: “Birgə təlimlər Azərbaycan Ordusuna yeni taktiki-texniki fürsətdən istifadəyə etməyə imkan yaradacaq”

Pakistan, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə birgə təlimlərin keçirilməsi gündəmə gəlib. Bu barədə İDEAS-2018 sərgisində iştirak edən Pakistan Təlim və Tədris Komandanlığından bildirilib. Ekspertlər də bu formatda hərbi təlimlərin keçirilməsinə heç bir maneənin olmadığını düşünürlər. Hətta düşmən ölkələrə növbəti mesaj da daşıyır. 

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirir ki, Azərbaycanla Pakistan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub: “Bu münasibətlər Türkiyə ilə olan münasibətlər səviyyəsindədir. Pakistan həmişə Azərbaycanın haqq işinin yanında olub. Paksitan Azərbaycan Silahlı Qüvvələrinin güclənməsində maraqlıdır. Ona görə də üçtərəfli təlim yaxşı təşəbbüsdür. Məlumdur ki, Azərbaycan Türkiyə ilə davamlı olaraq hərbi təlimlər keçirir. İndi də Pakistanın ora daxil edilməsi Azərbaycan üçün böyük önəm daşıyır. Bu, bir tərəfdən də işağlçılıq siyasəti yeridən Ermənistan üçün ciddi mesajdır. 
Nəzərə alaq ki, Pakistan Ermənistanı müstəqil dövlət kimi tanımır. Pakistan Dağlılq Qarabağ müharibəsində Azərbaycana dəstək verəcəyini bəyan edib. Bu da önəmli dəstəkdir. 2016-cı il aprel savaşlarında da Azərbaycana 80 min heyət və texnika ilə dəstək olacağını bəyan etmişdi. Ümumiyyətlə, Pakistanla Azərbaycan arasında hər müstəvidə yüksək əlaqələr var. Səfirliklə yanaşı, Paksitanda general səviyyəsində attaşemiz olub. Eyni zamnda onun da Azərbaycanda attaşesi general səviyyəsindədir. Bir ölkədə başqa bir ölkənin generalı təmsil olunursa, lazımlı məsələləri rəsmi görüşlərdə həll edir. Odur ki, üçtərəfli təlimlərdən çox şey gözlənilir. Azərbaycan üçün böyük faydası olacaq”.
Hərbi məsələlər üzrə digər ekspert Azad İsazadə bildirdi ki, müsəlman dünyasında ən güclü ordu məhz Pakistan və Türkiyədədir: “Pakistan hətta nüvə silahına sahibdir. Bu cür dövlətlərin qoşunları ilə hərbi təlimlər keçirmək Azərbaycan Silahlı Qüvvələri üçün təcrübə mübadisəlidir.
 Unutmayaq ki, həmin ölkələrdən hərbi texnikalar da alırıq. Təlimlərdə həmin texnikadan istifadə də öyrəniləcək. Birgə təlimlər Azərbaycan Ordusuna yeni taktiki-texniki fürsətdən istifadəyə etməyə imkan yaradacaq. Bu cür təlimlər istənilən halda düşmən tərəflərə də bir mesaj xarakteri daşıyır. Nəzərə alaq ki, Azərbaycanın müstəqilliyin ilk tanıyan dövlətlər Paksitan və Türkiyə olub. Onlar Azərbaycana tarixən dəstək veriblər. Silahlı qüvvələri imkan daxilində Azərbaycana yardım göstəriblər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz