Əlaqə Arxiv
news Image
2018.12.11
09:54
| A A A
Brüssel, Vaşinqton və Moskvanın Qarabağ çağırışları

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son aylarda həm Avropadan, həm ABŞ-dan, eləcə də Rusiyadan müxtəlif çağırışlar nəzərə çarpmaqdadır. Görünür dünya ictimaiyyəti hələ də həllini tapmayan bu münaqişənin yenidən alovlanmasından narahat olmağa başlayıblar. Ermənistanın qeyri-konstruktiv davranışları səbəbindən Azərbaycan tərəfi hərb yoluna əl atmağa məcburdur. Baxmayaq ki, Azərbaycan ən ali səviyyədə münaqişənin sülh yolu ilə həllinə hər dəfə çağırışlar edir. Təəssüflər olsun ki, işğalçı ölkə konkret faydalı addımlar atmamaqdadır. 
Bu mənada Birləşmiş Ştatların dövlət katibinin Avrasiya və Avropa məsələləri üzrə köməkçisi Ues Mitçelin Milanda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının illik iclasında Qarabağ konfliktinin sülh yolu ilə həllindən ötrü addımların atılmasına çağırışlar etməsi, əslində ABŞ-ın münaqişənin həllindəki istəyini bir daha ortaya qoyur. 
Bundan başqa Milandakı illik iclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrov da öz çıxışında Rusiya olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan bütün müsbət addımları dəstəklədiklərini ifadə etdi. 
Münaqişə ilə bağlı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerninin də çağırışı diqqət çəkir. O, bildirmişdir ki, Aİ Qarabağ münaqişəsinin sülh yollu ilə həllində öz töhfəsini verməyə davam edəcək. 
Bütün bu rəsmi çağırışlardan bir müddət əvvəl isə, Almaniya kansleri Angela Merkelin Almaniya Dağlıq Qarabağ münaqişəsinə göz yummayacaq kimi açıqlaması da bir daha Almaniyanın, eləcə də Aİ-nin illərdir davam edən münaqişənin həll olunmamasından ötrü narahatçılıq keçirdirini göstərir. 
Ümumiyyətlə isə, son vaxtlar Avropa İttifaqının, özəlliklə Almaniyanın da Dağlıq Qarabağ münaqişəsinin həllində birbaşa iştirak etməsinin vacib olduğu dilə gətirilməkdədir. Belə çağırışlar Almaniya siyasi elitası tərəfindən də səsləndirilir. Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hazuerin Aİ-nin münaqişənin həllində aktiv rol oynaması ilə bağlı fikirləri onu göstərir ki, Avropa siyasi elitası konfliktin həllində müəyyən mənada maraqlıdır və fəal əməkdaşlıq edə bilər.                                        

Analitik Fərrux Həsənov

Sizin Reklam Yeriniz