Əlaqə Arxiv
news Image
2018.12.12
10:52
| A A A
“Ölümlə də təhdid etdilər, amma yolundan dönmədi” – Ramin Əhmədov

“Heydər Əliyev Azərbaycan xalqının tərəqqisi və dövlətçiliyimizin möhkəmlənməsi naminə gördüyü böyük işlərlə əbədi ölməzlik qazanıb. İllər ötdükcə Azərbaycan xalqı bu BÖYÜK ŞƏXSİYYƏTİN tariximizdəki rolunu və yerini daha dərindən dərk edir. Artıq hamı üçün aydın ola bir hiqəqət var ki, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəm dayaqlara söykənməsi, iqtisadi inkişafa hədəflənmiş dəqiq mexanizmin yaradılması yönündə Heydər Əliyevin həyata keçirdiyi fəaliyyət proqramı misilsizdir, müqayisəolunmazdır!

Movqe.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu Ümummilli liderimiz Heydər Əliyevin dünyasını dəyişməsinin 15-ci ildönümü ilə bağlı sosial şəbəkələrdə paylaşdığı postda qeyd edib. 

R.Əhmədov vurğulayıb ki, səmərəliyini günbəgün artıran qlobal transmilli layihələrin təməlini qoymuş Heydər Əliyev fədakar əməyi, möhkəm qətiyyəti və iradəsi ilə dünya güclərini belə Azərbaycanın mövqeyi ilə hesablaşdırdı, ölkəmizin nüfuzunu dünya miqyasına çıxardı: “Ulu öndərimiz ömrünü Azərbaycan xalqının tərəqqisinə həsr etdi. Onu bu yoldan heç bir qüvvə, heç bir təhdid çəkindirə bilmədi. Həyatına qəsd etməyə qalxanlar da oldu. Ancaq o, heç nədən çəlkinmədən, həyatını risk altına ataraq xalqını ən ağır proseslərdən qalib kimi çıxarmağı bacardı. İmkan vermədi ki, Azərbaycanı münaqişələr platsdarmına çevirmək istəyən, zəif nöqtə axtarıb oradan ölkəyə müdaxilə etməyə cəhd göstərən xarici qüvvələrin məkirli planları həyata keçsin. Bugünkü qüdrətli və hərtərfli şəkildə inkişaf etmiş, dünya müstəvisində öz mövqeyini və sözünü keçirə biləcək qədər güclənmiş Azərbaycana görə biz hamımız məhz Heydər Əliyevə borcluyuq. Onun ölməz ideyaları bundan sonra da fəaliyyətimizin əsas qayəsini təşkil edəcək. Azərbaycan xalqı Heydər Əliyevin xidmətlərini heç vaxt unutmayacaq, onun əziz xatirəsi daim qəlblərdə yaşayacaq.

Rahat uyu, Ulu Öndər! Qurub-yaratdığınız müasir Azərbaycan, layiqli davamçınız, möhrətəm Prezidentimiz İlham Əliyevin sayəsində daha da inkişaf edir, güclənir və daha böyük hədəflərə doğru inamla addımlayır”.

Sizin Reklam Yeriniz