Əlaqə Arxiv
news Image
2018.12.12
11:58
| A A A
Çavuşoğlu Azərbaycana səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Movqe.az Trend-ə istinadən xəbər verir ki bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildiriblər.

Qeyd edək ki, QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 14-də baş tutacaq.

Nazirlikdən bildiriblər ki, iclas zamanı Azərbaycanın QDİƏT-ə sədrliyinin yekunları müzakirə olunacaq:

“Bundan başqa, iqtisadi əməkdaşlıq sahəsində gündəlikdə dayanan nəqliyyat, energetika, kənd təsərrüfatı, elm, texnologiya və səhiyyə kimi məsələlər nəzərdən keçiriləcək”.

Sizin Reklam Yeriniz