Əlaqə Arxiv
news Image
2018.12.12
12:17
| A A A
XİN başçısının müavini: "Gürcüstanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesinin dinamikası artırılmalıdır"
"Gürcüstanla Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyəti davam edir".

Movqe.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, müəyyən müddət komissiyaların iclaslarının keçirilməsində fasilə yaranmışdı: "Bu da ondan irəli gəlir ki, Gürcüstan tərəfində həmkarım tez-tez dəyişirdi. Artıq yeni nazir müavini təyin olunub və bu məsələ ona həvalə olunub. Düşünürəm ki, yeni ildən başlayaraq, biz işçi səviyyəsində məsləhətləşmələr, sonra işçi qruplarının görüşü, daha sonra isə 2019-cu ilin ilk rübündə komissiyasının növbəti iclasının keçirilməsinə nail ola bilərik".

Nazir müavini qeyd edib ki, bu məsələnin dinamikası artırılmalıdır: "Bu hər iki dövlət üçün vacib məsələdir. Çünki delimitasiya tezliklə başa çatmalıdır. Komissiyalar 1996-cı ildən fəaliyyət göstərirlər. Bu dövr ərzində sərhəd xəttinin üçdə iki hissəsi demək olar ki komissiyalar səviyyəsində razılaşdırılıb, protokollaşdırılıb. Üçdə bir hissəsi ilə bağlı isə işlər isə davam etdirilməlidir".

Sizin Reklam Yeriniz