Əlaqə Arxiv
news Image
2018.12.12
13:49
| A A A
Dövlət Gömrük Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib

Movqe.az xəbər verir ki, dekabrın 12-si müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini anma günüdür. Xalqımız dahi rəhbərin nurlu xatirəsini unutmur, onun ideyalarına böyük sədaqət nümayiş etdirir.

Bu gün dahi rəhbərin məzarını ziyarət edən paytaxt sakinləri, ictimai xadimlər, ziyalılar, hökumət rəsmiləri ilə yanaşı, respublikamızın gömrük orqanlarının çoxsaylı kollektivi də Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət ediblər.

Gömrükçülər Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, güc strukturlarının, xüsusilədə ölkənin gömrük xidmətinin inkişaf etdirilərək dünya standartları səviyyəsinə çatdırılmasında böyük əməyi olan dahi rəhbərin məzarı önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sizin Reklam Yeriniz