Əlaqə Arxiv
news Image
2018.12.12
14:37
| A A A
Kiyevdə “Heydər Əliyev və dünya siyasəti” mövzusunda konfrans keçirilib (FOTO)

Ukrayna Regionlararası Heyətin İdarə Olunması Akademiyasında ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı “Heydər Əliyev və dünya siyasəti” mövzusunda konfrans keçirilib.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı Səfirliyindən məlumat verilib.

Əvvəlcə Ukraynanın elm və mədəniyyət xadimləri, Azərbaycanın Ukraynadakı Səfirliyinin diplomatları, gənclər və tələbələr Kiyev şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Sosial Elmlər İnstitutunun qarşısına gələrək, dahi öndərin büstü önünə tər çiçəklər qoyublar.

Sonra Azərbaycanın Ukraynadakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycan və Ukraynanın dövlət himnləri ilə başlayıb.

Ulu öndərin dünyanın siyasi arenasında bəşəri təfəkkür sahibi kimi şöhrət qazandığını deyən Regionlararası Heyətin İdarə Olunması Akademiyasının rektoru Mikola Kurko dahi Heydər Əliyevin keçdiyi zəngin həyat yolundan danışıb. Qeyd edib ki, Azərbaycan bu gün Heydər Əliyevin vaxtilə dediyi kimi, dünyanın ən parlayan ölkələrindən birinə çevrilib.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərdən danışıb. Qeyd edib ki, Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib. Heydər Əliyev fenomeninə maraq illər ötdükcə, daha da artır.

Tədbirdə çıxış edən siyasi elmlər doktoru Nikolay Qolovatıy, Poltava Vilayət Şurasının deputatı Fəxrəddin Muxtarov, azərbaycanlı tələbə Ümid Əbiyev ulu öndər Heydər Əliyevi XX və XXI əsrin siyasi arenasında fenomenal yaddaşı, dəmir iradəsi, müdrikliyi və uzaqgörənliyi ilə böyük şöhrət qazanmış dahi şəxsiyyət olduğunu bildiriblər. Qeyd ediblər ki, dünya azərbaycanlılarının vahid dövlətçilik məfkurəsi ətrafında birləşməsində ulu öndərin tarixi xidmətləri olub.

Sonda ssenari müəllifləri Sergey Sivolap, Mövsüm Qədiroğlunun olan “Heydər Əliyev-insanlığa bağışlanan ömür!” filmi nümayiş olunub.

Sizin Reklam Yeriniz