Əlaqə Arxiv
news Image
2018.12.13
09:59
| A A A
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının lideri baş nazir Tereza Mey mühafizəkar deputatların dəstəyini alıb və vəzifələrini qoruyub saxlayıb.

Trend-in məlumatına görə, keçirilən etimad səsverməsində Meyi 200 deputat dəstəkləyib, onun əleyhinə isə 117 nəfər səs verib.

Qeyd edək ki, Mühafizəkarlar Partiyasının nizamnaməsində əks olunan qaydalara görə yeni etimad səsverməsi ən azı 1 il ərzində keçirilə bilməz.

Sizin Reklam Yeriniz