Əlaqə Arxiv
news Image
2018.12.15
09:00
| A A A
Avropa İttifaqı Azərbaycanla əməkdaşlığını genişləndirir
Elşən Mirzəoğlu: “Aİ-nin Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsilə bağlı danışıqlarda ədalətli mövqe sərgiləyəcəyinə ümidvarıq”

Avropa İttifaqı (Aİ) Azərbaycanla yeni sazişin mətnini gələn ilin Şərq Tərəfdaşlığı proqramının 10 illiyi qeyd ediləcəyi may ayınadək razılaşdırmağı düşünür.

Bu barədə  Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yanskauskas məlumat verib. Avropa İttifaqının Azərbaycanla yeni sazişi iqtisadi, eləcə də siyasi müstəvidə ölkəmizə hansı dividendlər qazandıracaq? 
MDHP-nin sədr müavini, politoloq Elşən Mirzəoğlunun fikrincə, Aİ-nin Azərbaycanla bağlayacağı yeni saziş i    qtisadi və siyasi müstəvidə ölkəmizə bir çox əhəmiyyətli dividendlər gətirəcək: “Avropa İttifaqı ilə Azərbaycan arasında olacaq 
yeni saziş təbii ki, hər iki tərəf üçün qarşılıqlı maraq və mənfəət prinsipləri üzərində baş tutacaq bir layihə olmalıdır. 
Aİ-nin Azərbaycana olan marağı bəllidir. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Bu regionda ölkəmizlə razılaşdırılmadan geoiqtisadi və geostrateji layihələrin həyata keçirilməsi mümkünsüzdür. Eyni zamanda, Azərbaycan hakimiyyətinin yürütdüyü məqsədyönlü 
siyasət nəticəsində ölkədə sabitlik təmin olunub. Bu mənada ölkəmizə sərmayə və kapitalın yatırılmasında heç bir ciddi problem yoxdur. Avropa şirkətləri bundan sonra da Azərbaycana kapital yatırmaqda maraqlıdır. Azərbaycan kommunikasiya xətləri üzərində yerləşən dövlətdir. Şimaldan Cənuba, Qərbdən Şərqə gedən yollar Azərbaycandan keçir. Böyük İpək Yolu da ölkəmizin ərazisindən keçir. Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə oynadığı rol da Avropa İttifaqı və digər beynəlxalq qurumların diqqət nəzərindən qaçmır. 
Bununla yanaşı, ölkəmizdə multikultural, tolerant  mühitin olması da Avropa siyasətçilərinin diqqətini cəlb edir. Hazırda Avropa məhz belə bir mühitin olmamasından əziyyət çəkir. Azərbaycan həmçinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və gələcəkdə də oynamaqda davam edəcək. 2020-ci il üçün TAP və TANAP layihələri üzrə Azərbaycandan Avropaya axacaq qazın həcmi genişlənəcək. Bu müstəvidə ilk mərhələdə Avropaya 10 milyarda yaxın qaz çıxaracağıq. Bilirik ki, Avropa özünün enerji təhlükəsizliyi kimi məsələlərə hər zaman prioritet əhəmiyyət verib. Çünki, Avropanın Rusiyadan olan enerji asılılığı Moskva ilə münasibətlərdə əksər hallarda heç də həmin qitə ölkələrinin xeyrinə olan mənzərənin formalaşmasına xidmət etmir. Qərb, xüsusən də ABŞ bundan narahat olduğunu dəfələrlə bəyan edib. Yeri gəlmişkən, Avropa İttifaqının Azərbaycanla bağlı layihələrini bir qayda olaraq ABŞ da dəstəkləyib. 
Siyasi mühitə gəldikdə, həmişə olduğu kimi, gələcəkdə də Aİ ilə əlaqələrin genişlənməsi və inkişafında maraqlıyıq. 
Bu müstəvidə daha çox həmin qurumun Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsilə bağlı danışıqlarda ədalətli mövqe sərgiləyəcəyinə ümidvarıq. 
Ümid edirik ki, ittifaq təcavüzkarla təcavüzə məruz qalan dövlət arasında fərqin mahiyyətinə varacaqlar. Hər halda beynəlxalq hüquq normaları təcavüzkarla fərqli dildə yanaşmanı tələb edir. Təbii ki, bunun baş tutması əhəmiyyətli dərəcədə Azərbaycan diplomatiyasının qurumla aparacağı danışıqlardan da asılıdır. Düşünürəm ki, bütün bunlarla yanaşı, Azərbaycanın Aİ ilə əlaqələrinin genişlənməsi və inkişafı bölgə dövlətləri üçün də heç bir narahatlıq yaratmır. Azərbaycan Rusiya və İranla münasibətləri mehriban qonşuluq və dostluq münasibətləri üzərində qurub. Bu münasibətlərdə qarşılıqlı anlaşma və hörmət prinsipləri hər zaman gözlənilib. Azərbaycanın neft-qaz strategiyasının çoxvektorlu maliyyət kəsb etməsi də bu dövlətlərin siyasi elitalarına məlumdur. Yəni Azərbaycan Avropa ilə iqtisadi əlaqələri genişləndirən zaman, burada hər hansı bir üçüncü dövləti hədəfə götürmür. Bu mənada bütün müstəvilər üzrə Aİ ilə əməkdaşlığımızın genişlənməsi həm ittifaqın, həm də Azərbaycanın maraqlarına geniş şəkildə cavab verəcək”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz