Əlaqə Arxiv
news Image
2018.12.14
17:51
| A A A
Lukaşenko və Putin Ermənistan rəhbərliyini işğal olunmuş rayonları qaytarmağa çağırıb

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Belarusun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təkliflərini qəbul etməyib.

Movqe.az trend-ə istinadən xəbər verir ki, bunu Rusiya mətbuat nümayəndələri ilə görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Belarus prezidenti bildirib ki, o, rusiyalı həmkarı Vladimir Putinlə birgə S.Sarkisyana Qarabağ ətrafındakı 5 rayonu azad etməyi təklif edib:

“Amma o dedi ki, əgər mən rayonları qaytarsam, onlar Qarabağa gedən yolu kəsəcək və sairə. Biz Putinlə vəd etdik ki, buna imkan verməyəcəyik və qoşun yeridəcəyik. O dedi ki, biz bunu istəmirik, buna razı olmayacağıq”.

A.Lukaşenko əlavə edib ki, bu mövqe onu təəccübləndirib:

“Bu, birinci addımdır. Onda həm Azərbaycan, həm Ermənistan KTMT-də, Avrasiya İqtisadi İttifaqında yer alacaqdı. Azərbaycan bu şərtlərlə bu təşkilatlara qoşula bilərdi. Niyə imtina etdiniz?”

Sizin Reklam Yeriniz