Əlaqə Arxiv
news Image
2018.12.16
15:10
| A A A
Milli Məclisin sədri Salome Zurabişvilinin inauqurasiyasında iştirak etmək üçün Gürcüstana gedib

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstan prezidenti Salome Zurabişvilinin bu gün keçiriləcək inauqurasiya mərasimində iştirak etmək üçün Tbilisiyə səfər edib.

Movqe.az report-a istinadən xəbər verir ki, Tbilisi beynəlxalq hava limanında parlament sədrini Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia və Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov qarşılayıb.

O.Əsədovun başçılıq etdiyi nümayəndə heyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşovdaxildir.

Tbilisi hava limanında Azərbaycan nümayəndə heyəti və L.Darsalia arasında qısa görüş keçirilib. L.Darsalia O.Əsədova Gürcüstana səfər etdiyinə görə təşəkkürünü bildirib. Tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərini qeyd edərək, gələcəkdə qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə hazırlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Gürcüstanın beşinci prezidenti S.Zurabişvilinin andiçmə mərasimi Telavi şəhərində saat 15:00-da keçiriləcək.

Daha əvvəl Gürcüstan müxalifəti yeni prezidentin inauqurasiya gününə etiraz aksiyası planlaşdırdığını elan etmişdi.

Sizin Reklam Yeriniz