Əlaqə Arxiv
news Image
2018.12.19
07:00
| A A A
Radikallar arasında yeni qrant davası başlandı
Aydın Mirzəzadə: “Radikal müxalifət Azərbaycan vətəndaşının maraqlarına deyil, özünün pula olan hərisliyinə xidmət edir” Elçin Mirzəbəyli: “Verilən vəsaitlətin hədəfi var”

Qalmaqallı jurnalist və frilanser-hüquq müdafiəçisi kimi hakimiyyətlə mübarizəyə cəlb edilmiş Xədicə İsmayılova Qərb təşkilatlarından 500 min avro qrant alıb. Bu barədə beynəlxalq donor təşkilatlardan birinin ofisi məlumat yayıb. 

Məlumatda bildirilir ki, həmin iri məbləğdə qrant Xədicə İsmayılovaya müxtəlif kanallarla, kiçik partiyalarla çatdırılıb. Qrant uzunmüddətli planda ölkədə müxtəlif sosial qruplar arasından və dini icmalardan narazıları aşkar edib səfərbər etmək məqsədinə hesablanıb. O da bildirilir ki, Xədicə İsmayılova yarım milyon avroluq qrantın bölüşdürülməsini təkbaşına həyata keçirir. Yəni pulları özünə yaxın olan fəallara ötürür. Bu isə bəzi müxalifət liderləri arasında bərk qıcıq yaradıb. Onlar bu qədər böyük maliyyə tranşlarının əsas müxalifət partiyalarına deyil, siyasi mübahisəyə dolayısı ilə cəlb edilmiş fərdi şəxslərə ayrılmasından narazıdırlar və bununla bağlı Qərb ölkələrinin səfirliklərinə şikayət ediblər.
Siyasilərin fikrincə, qrant davasının başlaması bu düşərgənin iç üzünü açan yeni məqamları ortaya çıxaracaq. Baş verənlər müxaliflərin xarici pullarla Azərbaycana qarşı fəaliyyət göstərdiyini bir daha təsdiqləyir. Millət vəkili Aydın Mirzəzadə bildirir ki, radikal müxalifətin xaricdən maliyyələşdiyi hər kəsə məlumdur: “Bunu zaman-zaman özləri də etiraf ediblər. Aydın məsələdir ki, pulu verən sifarişi də verir. Sifariş hansısa mal, məhsul deyil. Söhbət siyasi sifarişdən gedir. Pulu alan şəxslər də xaricdən gələn siyasi sifarişləri canla-başla yerinə yetirməyə çalışırlar. Bu sifarişlər də  Azərbaycanın milli-maraqlarına yox, xaricdəki anti-Azərbaycan dairələrin maraqlarına cavab verir. 
O dairələrdir ki, Azərbaycanın təbii sərvətlərinə sahib ola bilməyiblər, o dairələrdir ki, Azərbaycanda arzuladığı şəxsləri hakimiyyətə gətirə bilməyiblər, o dairələrdir ki, Azərbaycanı banan respublikasına çevirə bilməyiblər”. Millət vəkili əlavə edi ki, ümumiyyətlə, radikal müxalifət Azərbaycan vətəndaşının maraqlarına deyil, özünün pula olan hərisliyinə xidmət edir: “Vaxtaşırı bu və ya digər müxalifət nümyəndələrinin xaricdən iri məbləğdə vəsait alması onların həmin şəbəkə ilə sıx bağlı olduqlarını göstərir”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli bildirdi ki, radikal müxalifətin mahiyyəti çoxdan açılıb: “Onlar qrantlarla bağlı bir-birinə qarşı səsləndirdikləri ittihamlarla özlərini ifşa ediblər. İndi də həmin kampaniya davam edir. Əslində, bütün  bu proseslərin mərkəzində ayrı-ayrı xarici xarici ölkələrin, Azərbaycana düşmən kəsilən dairələrin maraqlarının ifadə edilməsi dayanır. Bu gün onlar arasında gedən mübarizə siyasi mübarizə deyil. Siyasi proseslərə heç bir aidiyyatı yoxdur. 
Bu, qurşaqdan aşağı davranış kooperativ maraqlara xidmət edir. Öz vətənlərinə qarşı fəaliyyət göstərmək müstəvisində inkişaf etməyə cəhd göstərirlər. Hər zaman bütün prioritetləri bundan ibarət olub. Amma bu hədəflərinə nə don geyindirirlərsə də, hansı arqument səsləndirsələr də nəticə ortadadır. Külli-miqdarda vəsaiti hansı təşkilat onlara verirsə, məsələnin mahiyyətini ortaya qoyur. Bu gün heç kim heç kimə bir qəpiyi boş-boşuna vermir. Verilən vəsaitlətin hədəfi var. Hədəf də ondan ibarətdir ki, Azərbaycanın əleyhinə proseslərdə iştirak etsinlər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz