Əlaqə Arxiv
news Image
2018.12.19
12:35
| A A A
“Ermənistan Azərbaycana qarşı ekoloji soyqırım törədir”

Azərbaycanın Los-Ancelesdəki baş konsulu, Los-Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev bu şəhərdə fəaliyyət göstərən “ECONEWS” teleradio şirkətinə geniş müsahibə verib.
Baş Konsulluqdan  verilən məlumata görə, müsahibəni “ECONEWS” teleradio şirkətinin rəhbəri Nensi Perlman götürüb. Qeyd olunmalıdır ki, sözügedən şirkət ABŞ-da ətraf mühit və turizmlə bağlı radio və televiziya proqramlarının hazırlanması ilə tanınır və üç dəfə məşhur Emmi mükafatına namizəd olub.

N.Ağayev Azərbaycanın coğrafi mövqeyi, müstəqillik tarixi, zəngin mədəniyyəti, əsrarəngiz təbiəti, turizm potensialı və iqtisadi inkişafı barədə ətraflı məlumat verib. Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələrindən danışan diplomat bu gün Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin qarşılıqlı anlaşma, hörmət və sülh şəraitində birgə yaşadıqlarını diqqətə çatdırıb. Baş konsul, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda gedən çağdaş dövlət quruculuğu işlərinin uğurla davam etdirildiyini vurğulayıb. 

Sizin Reklam Yeriniz