Əlaqə Arxiv
news Image
2018.12.19
13:47
| A A A
Rusiya XİN: Moskva ümid edir ki, Ermənistan ABŞ-ın təzyiqinə müqavimət göstərməyə cəsarət tapacaq

Moskva ümid edir ki, Ermənistanın yeni rəhbərliyi ABŞ-ın şantajına və təzyiqinə müqavimət göstərməyə cəsarət tapacaq.

Movqe.az-ın  məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

O xatırladıb ki, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Yerevana səfər edərkən Ermənistana ABŞ silahını almağı və “müəyyən tarixi standartlar”dan yaxa qurtarmağı məsləhət görüb:

“Ümid edirik ki, parlament seçkilərində lazımi sayda mandat almış yeni Ermənistan rəhbərliyi xarici şantaja və təzyiqə müqavimət göstərməyə cəsarət tapacaq, milli maraqlara əsaslanmaqla müstəqil qərar qəbul etmək hüququnu müdafiə edəcək”.

Sizin Reklam Yeriniz