news Image
2013.04.26
12:35
| A A A
Pakistanın sabiq prezidentinin həbsi 30 aprelə kimi uzadıldı

Pakistan məhkəməsi 2007-ci ildə ölkənin baş naziri Bənazir Bhuttonun qətlinin istintaqı ilə əlaqədar olaraq, hökumətin keçmiş rəhbəri Pərviz Müşərrəfin həbsini aprelin 30-na kimi uzadılması qərarını verib. 



KİV-in verdiyi məlumata görə, bir gün əvvəl müstəntiqlər sabiq prezidentin mühakimə olunması üçün sanksiya alıblar. 


Qeyd edək ki, P.Müşərrəfi Bhuttoya qəsdən şəxsi mühafizə verməkdən imtina etməkdə ittiham edirlər. Bu isə, Ravalpindidə keçirilən mitinqdə ekstremistlərin onu öldürməsinə imkan vermişdi. 


"Pravda. Ru"-nun verdiyi məlumata görə, bir neçə gün əvvəl Pakistanda Müşərrəfin məhkəmə işi başlayıb. 


Terrorizmlə bağlı olan cinayət işinə xüsusi məhkəmə baxacaq.  Mayın 3-də keçiriləcək növbəti iclasda Müşərrəfin vəkillərinin onun əmlakının müsadirəsi ilə bağlı məhkəmənin qərarının ləğvi sorğusuna baxılacağı gözlənilir.  


Məhkəmə binasının önündə Müşərrəfin tərəfdarları və əleyhdarları arasında qarşıdurma baş verib. Keçmiş prezidentin özü isə, məhkəmədə yalnız, 15 dəqiqə olub. Sonra o, vəkili ilə birlikdə İslamabad yaxınlığında  ev dustaqlığı yaşadığı mülkünə gedib.