Əlaqə Arxiv
news Image
2019.01.12
09:00
| A A A
Ermənistan-Rusiya mütəffiq ölkələrdən düşmən dövlətlərə çevrilirlər
Vasif Əfəndi: “Təbii ki, uzun illər Rusiyanın tam təsir dairəsində olan Ermənistanın ondan qopmasını Moskva sakit izləyə bilməz” Ramiyə Məmmədova: “Ermənistanda hökm sürən sosial-qitsadi problemlər məhz Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəlidir”

Nikol Paşinyanın ortada qoyduğu Ermənistanın gələcəyi barədə proqnozlar səngimir. Məsələn, rusiyalı politoloq Vladimir Yevseyev hesab edir ki, Nikol Paşinyan baş nazir olan kimi Avrasiya İttifaqı, KTMT və Qərbə münasibətini birmənalı formada dəyişdirəcək. O əlavə edib ki, Paşinyan sosial-iqtisadi problemləri həll edə bilməyərək, Ermənistan üçün yeni düşmən tapacaq və bu da Rusiya olacaq. 

Göründüyü kimi rus politoloqun fikirləri çox kəskin və açıqdır. Maraqlısı da elə odur ki, proseslərin bu məcarada getməsi fonunda Rusiya Ermənistana qarşı hansı addımlar atacaq. Xüsusən də Qarabağ münaqişəsinin gedişatında hansı dəyişikliklər baş verəcək?
Politoloq Vasif Əfəndi bildirir ki, Rusiya və Ermənistanın rəsmi münasibətləri mürəkkəb olaraq qalmaqdadır: “Paşinyan hakmiyyətə gəlmədən öncə verdiyi sözləri tutmaqda davam edir. O, ölkəsini Avropaya inteqrasiya etmək üçün çalışır. Hətta Avropa Birliyi ölkələri ilə viza rejiminin qaldırlmasının şahidi ola bilərik. Hətta artıq NATO ölkəsi olmaq yolundadır. 
Təbii ki, uzun illər Rusiyanın  tam təsir dairəsində olan Ermənistanın ondan qopmasını Moskva sakit izləyə bilməz. Rusiya müəyyən “tədbirlər” görmək barədə düşünsə də hələ ki tələsmir. 
Prezident Vladimir Putinin həbsdə olan cinayətkar Robert Köçəryanı Yeni il bayramı münasibəti ilə təbrik etməsi onun eks prezidentə nümayişkaranə dəstək verməsi deməkdir. Bununla da Putin Paşinyana olan etimadsılığını göstərir. Lakin bu təbriki qeyri-səmimi və aciz durumla əlaqələndirmək olar. Putinin Ermənistanı iqtisadi sanksiyalarla hədələməsi də durumu dəyişməyəcək. Paşinyan Rusiyadan dəyən ziyanın Qərbdən kompensasiya edilmiş kimi görünür. Ermənistanı iqtisadi məngənədə ilə sıxa bilməyən Putin Paşinyanı  Qarabağı Azərbaycana qaytaracağı ilə hədələyir. Əslində, torpaqların geri qaytarılması və regionda sülhün yaranması Avropa ailəsinə daxil olmaq istəyən bütün dövlətlər üçün əsas şərtlərdəndir. Əgər Ermənistan Avropa Birliyinə daxil olmaq niyyətindədirsə, mütləq işğala son vermək məcburiyyətindədir. Əslində, Azərbaycanla uzunmüddətli konflikt və blokada şəraitində yaşamaq Ermənistanın maraqlarına uyğun deyil. Öz əli öz başı olarsa, ərazilərimizdən çəkilər. Xoşluqla çəkilməsələr də, çox gözəl anlayıırlar ki, biz bunu güc tətbiq etməklə həyata keçirə bilərik. Lakin problem başqadır. 
Torpaqların işğaldan azad olunması üçün ən böyük töhfəni Ermənistan özü verə bilər. Sadəcə, Paşinyan özündə cəsarət tapıb, etiraf etməlidir ki, Dağlıq Qarabağı onlar işğal etməyiblər və Azərbaycan torpaqlarında hərbi kontingetlərini Ruisyanın təzyiqi ilə saxlamağa məcburdurlar. Bundan sonra biz Ermənistanla yaxın qonşuluq şərairində yaşamaq və əlaqələrimizi yenidən qurmaq üçün blokadanı qaldıra bilərik”.
Digər siyasi şərhçi Ramiyə Məmmədova bildirdi ki, ermənipərəst Konstantin Zatulinin “Lazarev klubu bir müddət əvvəl İrəvanda toplantı keçirdi: “Toplantıda Köçəryan-Sarkisyan komandasının üzvləri də iştirak edirdi. Hansı ki, onların arasında Rusiyalı politoloq Vladimir Yevseyev də yer almışdı. Çıxışı zamanı Vladimir Yevseyev ermənilərə ürək sözləri dedi. Lakin o, Rusiyaya bağlı olan məsələləri, xüsusən də  Rusiyanın Ermənistana qarşı olan fikirlərini dilə gətirmişdi. Bu da Ermənistanda yaxşı qarşılanmamışdı”.
Politoloq əlavə etdi ki, bu il Nikol Paşinyanın seçim ilidir: “Yəqin ki, yeni baş nazir o olacaq. Bununla da Paşinyanı çətin dönəm gözləyir. Verdiyi vədləri yerinə yetirməlidir. Bunlardan biri Dağlıq Qarabağ münaqişəsinin həllidir. Daha sonra sosial-iqtisadi problemləri həll etməlidir. Həmçinin xarici siyasət kursunda seçim edilməlidir. Bu məsələlərin də hamısı bir-biri ilə bağlıdır. 
Nəzərə alaq ki, Ermənistanda hökm sürən sosial-qitsadi problemlər məhz Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəlidir. Qarabağ münaqişəsi həll edilməyənə qədər Ermənistanda problemlər davam edəcək. Xarici siyasət kursunda isə Paşinyan Qəryönümlü olduğunu göstərir. Lakin Rusiya faktorunu yaddan çıxartmaq olmaz. Çünki Ermənistan tarixən Rusiyanın forpostu olub. Ermənistan da bilir ki, Rusiyasız heç nə edə bilməz. 
N. Paşinyan xarici siyasətini düzgün seçməzsə, Ermənistana növbəti bəla gətirə bilər. Bu şəraitdə nə Dağlıq Qarabağ münaqişəsini,  nə də sosial-iqtisadi problemləri həll edə bilər. Nəzərə alaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son iclasında da Rusiya Ermənistana dəstək vermədi. Eyni zamanda Rusiya Ermənistan satdığı qazın qiymətini də artırıdı. Paşinyan isə meydanda təkdir. Çünki Qərbdən də ona yiyə çıxanın olmayacağını anlayır. Əslində, Qərbin ona dəstək verməsi Ermənistanın xeyrinə olmayacaq. Paşinyanın çıxış yolu Moskva ilə razılığa gəlməsidir. Bu, Ermənistanın problemlərinin həllinə daha çox dəstək verər. Vladimir Yevseyev bu cür danışmaqla Paşinyana mesaj vermiş oldu”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz