Əlaqə Arxiv
news Image
2019.01.15
20:00
| A A A
Ötən il 63 erməni hərbçi həlak olub

2018-ci ildə Ermənistanda hərbi xidmət edən, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz xidmət keçən 63 erməni hərbçi həlak olub.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Baş Prokurorluğunun illik hesabatında deyilir.

Həlak olan hərbçilərdən 27 nəfəri əsgər, 23-ü müqavilə əsasında xidmət edən hərbi qulluqçu, 2-si gizir, 11 nəfəri zabitdir.

Hesabata əsasən, onlardan 7 nəfəri döyüş postunda olarkən həyatını itirib, 11 nəfər isə intihar edib. Bundan başqa, 3 nəfər xəstəlikdən, 6 nəfər avtomobil qəzasında ölüb.

Sizin Reklam Yeriniz