Əlaqə Arxiv
news Image
2019.01.16
11:38
| A A A
Azərbaycan ordusunun Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib

 Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində NATO-nun mənzil-qərargahında Alyansın Hərbi Komitəsinin “Qətiyyətli dəstək” missiyası formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşündə iştirak edib.

Bu barədə Movqe.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri üçün təlim, dəstək və məsləhət məqsədilə NATO-nun rəhbərliyi altında aparılan “Qətiyyətli dəstək” missiyasının əməliyyat şəraiti və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparılıb, həmçinin 2019-cu il və sonrakı dövrlərlə bağlı fikir və tövsiyələr dinlənilib.   

Sizin Reklam Yeriniz