news Image
2012.05.02
16:44
| A A A
Rusiyada ilk dəfə olaraq 1 May günü qeyd edilib

Mövqe.az "Euronews"a istinadən bildirir ki, Bütün dünyada 1 May meydanlarda qeyd olunarkən,Rusiya bu il ilk dəfə olaraq bunu həyata keçirib.

Rusiyanın Prezidenti Dimitriy Medvedev və Baş nazir Vladimir Putin şəhərin mərkəzindəki Tverskaya prospektindəki yürüyüşə qatılıblar.

Yürüyüşdəki bayram ab-havası var idi.

Yürüyüşə qatılanlardan biri, "Bu bahar və işçilər üçün bir bayramdır. Atmosfer gözəldir. Uzun müddətdir görmədiklərimiz ilə qarşılaşdıq." şəklində danışarkən, bir başqası isə, "İnsanlar əylənir. Əlbəttə ki, məndə. Hamının vəziyyəti yaxşıdır, hər kəs gülür və hər şey müsbətdir." deyib.

Rəsmi məlumatlara görə,120 min adamın qatıldığı yürüyüşdən sonra iki lider günorta yeməyi yeyib, birlikdə pivə içiblər.

Digər tərəfdən, kommunistlər, liberallar və milliyətçilər isə bu yürüyüşdən fərqli olaraq başqa bir mərkəzdə toplanmağı üstün tutublar.

Putinin əleyhinə olanlar may ayının 6-sı Moskvada böyük bir nümayiş reallaşdırmağa hazırlaşırlar.


Ziba Yusifova

Movqe.az



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs