Əlaqə Arxiv
news Image
2019.01.16
18:55
| A A A
Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başa çatıb - YENİLƏNİB

 Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında keçirilən görüş başa çatıb. 

Movqe.az-ın məlumatına görə, görüş 4 saatdan çox davam edib. 

Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər

*** 14:18

Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş başlayıb.

Movqe.az-ın məlumatına görə, bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində məlumat yayılıb. 

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya) Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edir.

Sizin Reklam Yeriniz