Əlaqə Arxiv
news Image
2019.01.17
12:40
| A A A
İdarəetmə struktur islahatları ilə daha təkmil hala gəlir
Musa Quliyev: “Struktur islahatları yerli, o cümlədən mərkəzi icra orqanlarının fəaliyyətində çevikliyə gətirib çıxaracaq” Musa Qasımlı: “Struktur islahatları vətəndaşlarımızın dövlət və hökumət idarələrilə əlaqələrini daha da sıx edəcək, bu istiqamətdə səmərəlilik əmsalı artacaq”

Azərbaycan Prezidenti İlham Əliyevin struktur islahatlarının həyata keçirilməsi istiqamətində atdığı növbəti addımlar cəmiyyətimizdə geniş rezonans doğurub. Belə ki, ölkə ictimaiyyəti bu islahatların dövlətimizin daha da möhkəmlənməsi, xalqın rifah halının daha da yüksəlməsinə xidmət etdiyini görərək onu rəğbətlə qarşılayır. Aydın məsələdir ki, struktur islahatlarının həyata keçirilməsi istiqamətində verilən qərarlar idarəetmənin daha da təkmilləşdirilməsi, optimallığın artırılmasına, səmərəliliyin yüksəldilməsinə xidmət edir. 

Milli Məclisin deputatı Musa Quliyevin fikrincə, keçirilməsinə başlanılan struktur islahatları mərkəzi və yerli icra strukturları və özünüidarəetmə institutlarının fəaliyyətində çevikliyin artmasına, yersiz xərclərin azalmasına, texnoloji nailiyyətlərin daha sürətəli tətbiqinə təkan verəcək: “Ümumiyyətlə, struktur islahatları Azərbaycan dövlətçiliyinin inkişafından doğan və zamanın tələbindən irəli gələn, idarəetməni optimallaşdıracaq islahatlardandır. Bu struktur islahatları ilə təkcə yerli yox, o cümlədən mərkəzi icra orqanlarının da fəaliyyətində çeviklik, əlaqələrinin gücləndirilməsi baş verəcək, lüzumsuz ştatların ixtisarı nəticəsində xərclərin azaldılması, elektron kommunikasiya texnologiyalarının daha geniş tətbiqilə işçilərin əməyinin yüngülləşdirilməsinə gətirib çıxaracaq.  Bu islahatlar mərkəzi idarəetmənin daha da optimallaşdırılması, sürətləndirilməsi, şübhəsiz ki, öz müsbət təsirlərini yerlərdə də göstərəcək”.  
Milli Məclisin deputatı Musa Qasımlı düşünür ki, struktur islahatları nəticəsində yerli idarəetmə orqanları ilə əhali arasında əlaqələr daha sıx xarakter alacaq, bu qurumların səmərəlilik əmsalı artacaq: “Cənab Prezidentin başladığı struktur islahatları ölkəmizdə idarəetmə işinin daha da təkmilləşməsinə gətirib çıxaracaq. Həmçinin, atılan bu addımlar idarəetmənin səmərəliliyin artıracaq, geniş imkanlar yaradacaq ki, bu da müasir dövrdə olduqca vacib bir elementdir. 
Bu islahatlar eyni zamanda yerli icra strukturları və digər orqanların fəaliyyətinin daha da yaxılaşmasına xidmət edəcək. Onların funksionallığı artacaq. Struktur islahatları vətəndaşlarımızın dövlət və hökumət idarələrilə əlaqələrini daha da sıx edəcək, bu istiqamətdə səmərəlilik əmsalı artacaq. Hesab edirəm ki, bu islahatlar davam etdirilməlidir”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz