Əlaqə Arxiv
news Image
2019.01.19
10:00
| A A A
Anarxiya düşmən ordusunda ölüm hallarını çoxaldır
Ermənistan silahlı qüvvələrində başıpozuqluğun qarşısını almaq mümkün deyil

Ermənistan silahlı qüvvələrində qeyri-döyüş itkilərinin sayı artmaqda davam edir. Son məlumata görə, ermənilərin iki hərbi qulluqçusu piyada əleyhinə minaya düşərək ağır bədən xəsarətləri alıblar. Qeyd edək ki, yanvarın 16-da erməni mətbuatı Tavuş vilayəti Barekamavan kəndinin sakini Arman Mikaelyanın minaya düşərək yaralanması barədə məlumat vermişdi. Ümuiiyyətlə, son günlərdə erməni ordusunda müxtəlfi səbəblərdən sıradan çıxan hərbçilərin sayı artır. İş o yerə çatıb ölkənin parlamentinə bu məsələ üzrə həyəcan siqnalı verilib. Parlamentin iclasında müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri seçilən “Mənim addımım” blokundan deputat Andranik Koçaryan hərbçi ölümlərinin statistik göstəricilərini deputatların diqqətinə çatdıraraq deyib ki, ötən il həyatını itirən çoxsaylı hərbçinin 30 nəfəri nizamnamədənkənar hərəkətlərə görə, başqa sözlə xidmət qaydalarını pozduqlarına, ağır şəraitə, komandirlərin zorakılıq əməllərinə, silahla qeyri-peşəkar rəftara görə həyatlarını itiriblər. Məsələn, ötən il dekabrın 13-də A.Akopyan ad-soyadlı hərbçi qarnından güllə yarası almışdı. İstintaq müəyyənləşdirib ki, sıravi əsgər A.M. silahla səhv rəftar etdiyindən güllə açılıb və digər əsgər yaralanıb.  

Düşmən ölkə işğalçılıq siyasəti yeritdiyindən onun öz vətəndaşları orduda xidmət etməkdən yayınırlar. Buna görə də hakimiyyət əlinə keçən hər kəsi hərbi xidmətə cəlb etməyə çalışır. Bu günlərdə ölkənin gündəmini zəbt edən hadisələrdən biri də xəstə gənclərin zorla orduya aparılmasıdır.  2014-cü ildən başlayaraq mütəmadi olaraq möhlət hüququ alan V.H adlı çağırışçı 2017-ci ildə mərkəzi tibb komissiyasının rəyinə əsasən xidmətə məhdud yararlı hesab edilib. Lakin çağırışçı bu qərarla razılaşmayaraq hərbi xidmətə getməkdən imtina edib. 
Bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi məlumat yayıb. Hərbi xidmətdən yayınma ilə qaldırılan cinayət işi çərçivəsində təyin edilmiş məhkəmə tibbi ekspertizasının nəticələrində ziddiyyət təşkil edən məqamlar olduğu müəyyən edilib. Çağırışçı 25 iyul 2017-ci ildə təkrar mərkəzi tibb komissiyasına təqdim edilib. Komissiyanın rəyinə görə çağırışçı yenə də hərbi xidmətə məhdud yararlı hesab edilib. Bu qərarı verərkən Ermənistan mərkəzi seçki komissiyası, məhkəmə tibbi ekspertizasının yekun rəyinə əsasən çağırışçının müxtəlif vaxtlarda cəlb edildiyi ekspertizalarının nəticələrində bir-birinə ziddiyyət təşkil edən məqamların olduğunu nəzərə almayıb. 
Təkrar müayinə təyin edildiyini əsas götürərək vəkil tərəfindən məhkəməyə müraciət olunaraq, çağırışçı V.H haqqında qaldırılmış cinayət işini dayandırmaqla, axtarışa xitam verilməsini istəyib. Lakin məhkəmə orqanı bunu rədd edib və bildirib ki, səhhəti ilə bağlı problemlər olduğu halda belə V. H çağırışa yararlıdır və o, hərbi xidmətdən yayınıb. 
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyana qarşı cinayət işi açıla bilər. Bu barədə Ermənistanın tanınmış hüquq müdafiəçisi Janna Aleksanyan məlumat yayıb. Hüquq müdafiəçisi bildirib ki, milliyyətcə yezidi kürd olan Yurik Broyan ağır xəstə olduğu halda hərbi xidmətə aparılıb və az müddətdən sonra iflic olub. Janna Aleksanyan deyib ki, əsgərin halı ilə heç kəs maraqlanmadığı üçün Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyana sorğu göndərib: “Lakin aldığım cavab belə oldu, Ovanisyan qeyd eləmişdi ki, əsgər Yurik Broyan sadəcə hiyləgərlik edir, o, sağlamdır”.
Hüquq müdafiəçisi özü həkimlərlə birlikdə bu məsələ ilə maraqlandıqda məlum olub ki, əsgər hərbi hissə komandiri tərəfindən daim zorakılığa məruz qalıb: “Hazırda danışa bilmir, başı əsir, ciddi təzyiqi var, inkişafdan geri qalır və s. Ən dəhşətlisi də odur ki, onu hərbi hospitala deyil, mülkü xəstəxanaya yerləşdiriblər. Əsgərin ağır xəstəliyi təsdiqləndikdən sonra cinayət işi qaldırılması üçün şikayət etdik. Mətbuat katibi əsgərə böhtan atmaqda ittiham edilir. Müdafiə Nazirliyinin mətbuat xidməti rəhbərinin yalan bəyanatı sadəcə erməni ordusunda əsgərə laqeyd münasibətin təzahürüdür”. Qeyd edəkki, ötən il ərsmi məlumatlaar görə, ümumilikdə 63 erməni hərbçisi həyatını itirib.
Göründüyü kimi, Ermənistanda hakimiyyətin özbaşınalığı, beynəlxalq hüquq və normalara əməl etməyərək Azərbaycan ərazilərinin işğalını davam etdirməsi məmurların və əhalinin, o cümlədən ordunun davranışına təsir edir. Bu başıpozuqluq davam etdikcə, düşmənin tənəzzülü də güclənir və onun özünüməhvetmə indeksi artır. İşğalçılığın sonu üçün məntiqi nəticədir.
N.NOVRUZ 

Sizin Reklam Yeriniz