Əlaqə Arxiv
news Image
2019.01.21
11:20
| A A A
Kəlbəcərdə avtomobil dərəyə aşıb, 3 erməni ölüb, 1-i yaralanıb

 Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda baş verən avtomobil qəzası nəticəsində 3 erməni ölüb.

“Report” xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Ermənistanın Vayotsdzor vilayətinin Qladzor kəndinin O.Q. adlı sakinin idarə etdiyi “Niva” markalı avtomobil Kəlbəcərdə dərəyə aşıb. Nəticədə sürücü və həmin kəndin daha 2 sakini ölüb, 1 nəfər isə ağır yaralanıb.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Sizin Reklam Yeriniz