Əlaqə Arxiv
news Image
2013.04.29
17:47
| A A A
Azərbaycan ilə Türkiyə arasında ikitərəfli məsləhətləşmələr aparılacaq

30 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Araz Əzimov ikitərəfli məsləhətləşmələrin aparılması məqsədilə Ankara şəhərinə səfər edəcək.


Mövqe.az-ın Xarici İşlər Nazirliyindən aldığı məlumata görə, səfər müddətində nazir müavininin Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşləri nəzərdə tutulub. Keçiriləcək görüşlərdə Türkiyə və Azərbaycan arasında əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivlərinin müzakirə edilməsi, eləcə də  müxtəlif beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır. 

Sizin Reklam Yeriniz