Əlaqə Arxiv
news Image
2019.01.23
09:30
| A A A
Radikal müxalifətin çirkin məqsədlərə hesablanan fəaliyyəti
Mais Səfərli: “Radikal müxalifətin qarşıdurma yaratma cəhdinin arxasında gündəmdə qalmaq, xaricdə kimlərinsə diqqətini özünə cəlb etmək kimi çirkin məqsədlər durur”

Radikal müxalifət ölkə daxilində istənilən yolla qarışdurmanın yaranmasına çalışır. Hətta onlar o qədər həyasızlaşıblar ki, 20 Yanvar faciəsinin ildönümü günü belə qarşıdurmaya da cəhd göstərdilər. Bəs, bu çirkin niyyətin arxasında nələr durur? 

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, radikal müxalifət təmsilçiləri ölkədə qarşıdurma yaratmaqla xaricdəki Azərbaycanı sevməyən bəzi dairələrin diqqətini özlərinə cəlb etmək istəyir: “Radikal müxalifət hazırda aqoniya vəziyyətindədir. Bu qurumlar indiyə kimi normal siyasi fəaliyyət göstərməmələri, partiya daxilində islahatlar apara bilməmələri, cəmiyyətə normal mesajlar verməmələri, alternativ proqramlar təklif etməmələri üzündən seçkiləri uduza-uduza gələrək elektoratlarını da itiriblər. Onların daxilində yaxın çevrələrindən başqa demək olar ki, heç kim qalmayıb. Odur ki, radikal müxalifət artıq bataqlığın dibində olduğunun fərqindədir. Bataqlıqdan çıxmaq üçün də müxtəlif üsullara əl atmağa çalışırlar. 
Beynəlxalq təşkilatları maraqlandıran hər hansı bir məsələ ortaya çıxan, oradan hər hansı bir sifariş gələn kimi radikal müxalifət də dərhal həmin məsələnin arxasınca qaçaraq hay-küy salmaq və gündəmdə qalmaq istəyir ki, adları hallansın. Götürək, elə Mehman Hüseynovla bağlı məsələni. Bu məsələdə əslində, müxalifət Mehman Hüseynova demək olar ki, heç bir yaxşılıq etmədi. Əksinə, bununla Mehman Hüseynovun vəziyyətini ağırlaşdırırdılar. Bunu Mehman Hüseynovun özü də etiraf etdi və bu əməldən radikalların əl çəkməsini istədi. Radikallar isə bu məsələin ucundan tutaraq ucuzluğa getdi. Belədə özlərini bir daha ifşa etdilər. Hətta keçirdikləri mitinq belə olduqca zəif təsir bağışladı. Həmin mitinq pafosla danışan müxalifətin heç nə olduğunu bir daha bütün çılpaqlığı ilə ortaya qoydu. Mitinqləri bir daha göstərdi ki, radikal müxalifətin elektoratı olduqca zəifdir. Kiçik stadionu belə doldura bilmədilər. Bu, bir daha müxalifətin nəyə qadir olduğunu göstərdi. 
Onlar ictimai-siyasi proseslərə təsir etmək gücündə olmadığının da fərqindədirlər. Ona görə də ortaya müxtəlif yersiz məsələləri atır, qarşıdurma yaradır, Şəhidlər Xiyabanında gərginlik atmosferi yaratmağa çalışırdılar. Şəhidlər Xiyabanını ziyarət edərkən şou düzəltmək yolverilməzdir. Onlar isə bu kimi məsələdən şou düzəltməklə elə hesab edirlər ki, bununla imiclərini yaxşılaşdıracaq, yeni-yeni insanları öz sıralarına cəlb edə biləcəklər. Amma tamamilə yanılırlar. Əks effekt yaranır. Getdikcə daha çox insan arasında onlara inam azalır. Hətta onlara nifrət edirlər. Çünki Şəhidlər Xiyabanını ziyarət zamanı göstərdikləri davranış heç bir etikaya sığan məsələ deyildi. 
Bu fonda radikal müxalifətin qarşıdurma yaratma cəhdlərinin arxasında  yalnız və yalnız gündəmdə qalmaq, xaricdə kimlərinsə diqqətini özünə cəlb etmək kimi çirkin məqsədlər dayanır. Həmin qüvvələr sağlam olmadığından onlardan sağlam düşüncə tərzini gözləmək də bu mənada yersizdir. Artıq bu qüvvələr fiaskoya uğrayıblar, fəaliyyətləri nə özləri, nə də cəmiyyət üçün faydalı heç nə vəd etmir. 
Bütün cəmiyytlərdə etirazçılar olur. İstənilən hər bir cəmiyyətdə etiraz edən qüvvələr olur. Ən inkişaf etmiş ölkələrdə də buna rast gəlinir, o cümlədən Azərbaycanda da. Radikallar isə elə hesab edir ki, həmin etirazçılar gəlib onlara qoşulacaq. Amma radikallarla bağlı bunun əksini müşahidə etməkdə davam edirik. Hətta onların tərkbində olan bir çox insanlar da radikallardan üz döndərməyə başlayıblar. Ona görə də radikal müxalifətin qarşıdurma yaratmaq cəhdlərinə baxmayaraq, nə qədər çabalasalar da çirkin niyyətlərinə nail ola bilməyəcəklər. Çünki xalq onları dəstəkləmir. Azərbaycan xalqı bir yumruq kimi, ölkə Prezidentinin arxasındadır. Prezidentimiz də öz fəaliyyətilə xalqın dərin sevgisini qazanıb. Bu mənada da radikalların qarşıdurma yaratmaq cəhdləri həmişə olduğu kimi yenə də yalnız öz nüfuzlarının daha da itirilməsilə nəticələnəcək”.   
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz