Oqtay Əsədov bəzi Avropa deputatlarına etiraz etdi
Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov Avropa Parlamentinin bəzi deputatlarının davranışlarına etiraz edib.
Mövqe.az-ın məlumatına görə, spiker fransız deputat Valeri Quayenin dostluq qrupu yaratmasını və 5 deputatın Dağlıq Qarabağa səfər etməsindən bəhs edib. Spiker bildirib ki, bu məsələyə hər kəs öz münasibətini bildirməlidir.
Əsədov bu səfərlə bağlı Avropa Parlamentinin sədrinə müraciət edəcəyini də deyib: "Mən artıq Martin Şultsa bununla bağlı məktub yazıram".
Daha sonra millət vəkilləri də bu məsələyə kəskin münasibətlərini bildiriblər.