Əlaqə Arxiv
news Image
2013.04.30
14:40
| A A A
Radikal müxalifət yenə qarşıdurmaya can atır
Seymur Orucov: “Onların sosial bazası, elektoratı və ictimai dəstəyi olmadığı üçün kütləvi yerləri tələb edirlər” Elçin Mirzəbəyli: “Əslində, bu, say çoxluğunu artırmaq üçün məqsədli şəkildə atılan addımlardır” Məlumdur ki, Demokratik Qüvvələrin Məşvərət Məclisi aprelin 28-də Bakının üç yerindən birində ("Təbriz" kinoteatrının qarşısındakı meydan, metronun "Dərnəgül" stansiyasının çıxışındakı dəmiryolu deposu yaxınlığında yerləşən meydan və 20 Yanvar küçəsi, 4-cü mikrorayondakı məhəllə stadionu) mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət ünvanlamışdı. Amma BŞİH Məşvərət Məclisinin müraciətində qeyd olunan yerlərdə mitinq keçirilməsini məsləhət bilməyib. Meriya mitinq üçün Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançanı təklif edib. Məşvərət Məclisi isə təklifi qəbul etməyib. Sonradan Məşvərət Məclisində razılaşdırılmamış aksiya məsələsi geniş müzakirə edilib və qərara alınıb ki, hazırkı şəraitdə qarşıdurma yaranmaması üçün razılaşdırılmamış mitinq keçirilməsin. Ancaq yaxın gələcəkdə icazəsiz də olsa, kütləvi aksiya keçiriləcəyi nəzərdə tutulub. Xatırladaq ki, bu kimi hallar, icazəsiz aksiyalar son vaxtlar radikal müxalifətin timasalında çox görürük. Amma onların şəhərin qaynar yerlərini seçməsinin məqsədi də aydındır. Belə yerlərdə mitinqin daha izdihamlı görünür. Çünki, dəfələrlə 20 – ci sahədə təşkil etdikləri aksiyada tərəfdaşlarının azlığı ilə yadda qalıblar.
Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəylinin sözlərinə görə, onlar keçiriləcək mitinqin öncədən fiaskoya uğrayacağında ehtiyatlanırlar: "Məqsədyönlü şəkildə elə məkanlar seçirlər ki, həmin yerə BŞİH tərəfindən rəsmi icazə verilməsin. BŞİH bir müəddət öncə aksiyaların keçirilməsi üçün müvafiq yerlər müəyyənləşdirib. Bu yerlər artıq bütün siyasi qüvvələrə bəllidir. Lakin radikal müxalifət hər dəfə həmin yerləri nəzərə almır. Fərqli istiqamətlərdə müraciətlər edirlər. Bundan öncə qeyd olunan 20 – ci sahədə bir neçə dəfə radikal müxalifət qüvvələri aksiya keçiriblər. Amma həmin aksiyalara gələn insanların sayı bir neçə yüz nəfərdən çox olmayıb. Bu baxımdan da növbəti dəfə eyni nəticənin baş verəcəyini gözlədikləri üçün məqsədyönlü şəkildə əhalinin sıx olan yerlərində aksiya keçirməyə çalışırlar. Guya ki, həmin ərazidə yaşayan, gəzintiyə çıxan, çalışan insanlar da aksiya iştirakçısıdır. Əslində, bu, say çoxluğunu artırmaq üçün məqsədli şəkildə atılan addımlardır. Ancaq etiraz aksiyalarının insanların kütləvi olduğu yerlərdə keçirilməsi ciddi problemlərə yol aça bilər. Odur ki, belə aksiyalara yol verilməməlidir".
Sədr müavini onu da əlavə etdi ki, qeyri – qanuni aksiyaların keçirilməsində digər məqsəd, həm də qarşıdurma yaratmaqdan ibarətdir: "Başqa bir məqsəd də ondan ibarətdir ki, qanunsuz aksiya keçirilərsə, polis öz işini yerinə yetirərək bunun qarşısını alacaq. Təbii ki, onlar da bundan istifadə edərək, guya Azərbaycanda söz və fikir azadlığına, sərbəst toplaşmaq hüququna mənfi münasibət var. Bunu da bəyan etmək üçün foto, video çəkərək yayacaqlar. Bundan öz maraqları üçün sui – istifadə edəcəklər".
Sizin Reklam Yeriniz