Əlaqə Arxiv
news Image
2019.02.07
11:49
| A A A
Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gəlib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Movqe.az-a verilən məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat verdilər.

Prezident İlham Əliyev zəlzələdən zərər çəkən tikililərə baxdı, sakinlərlə söhbət etdi.

Sizin Reklam Yeriniz