Əlaqə Arxiv
news Image
2019.02.09
10:00
| A A A
Düşmən üçün ikinci “aprel dərslərinə” ciddi zərurət var
Ermənilər özbaşlarına qalsalar, həmişə fitnə-fəsad törədərlər, onları yalnız məcburetmə yolu ilə sülhə gətirmək olar

2016-cı il aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Azərbaycan Ordusunun hücuma keçərək düşmənə ağır zərbələr vurması artıq tarixə qovuşub. ; günlük müharibə adlanan bu döyüşlərin təcrübəsi və dərsləri isə hələ də aktualdır. Çünki, bu döyüşlərdən sonra Ermənistanın Azərbaycan torpaqlarını mişğal etməsi səbəbincə refionda, dünyada, ən əsası isə vuruşan tərəflərdə yaranmış ab-hava köklü surətdə dəyişdi. Belə ki, Azərbaycanın münaqişənin həll etmək üçün hərbi üstünlüyə malik olduğu üzə çıxdı. Eyni zamanda Azərbaycanın öz üstünlüyündən istifadə edib torpaqlarını güc vasitəsilə yox, sülh yolu ilə dinc danışıqlarla həllinə nail olmaq istəməsi təsdiq olundu.

Döyüşlərdən cəmi iki həftə sonra “Bloomberg” agentliyinə müsahibə verən Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyan gücsüz olduqlarını və müharibənin alovlanmasından qorxduqlarını etiraf etmişdi: “Lavrov yaxşı başa düşür ki, danışıqlardan bəhs etməyin mənası yoxdur. Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə “istənilən an” başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır”. O, müsahibədə ilk dəfə açıq şəkildə bildirirdi ki, danışıqlardan imtina edir və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır: “Rusiyanın vasitəçiliyi altında əldə edilən atəşkəs daha geniş miqyasda müharibənin əngəllənməsi üçün kifayət deyil”.

Ermənistan prezidenti döyüş əməliyyatlarından danışarkən demişdi ki, Azərbaycan döyüşlərə “bir neçə yüz tank və 30 minə yaxın artilleriya qurğusu” cəlb etmişdi: “Təhlükəsizlik qarantiyası olmadan Ermənistanın sülh danışıqlarına qayıtması ağlasığmazdır. Çünki indi situasiya tamamilə başqadır. Bir tərəfdən biz haradasa danışıq aparacağıq, o biri tərəfdən hərbçilər burada münaqişəni həll etməyə çalışacaqlar?”

Lakin döyüşlərdən sonra Rusiya XİN rəhbəri Sergey Lavrov Azərbaycan və Ermənistan prezidentləri ilə görüşərək öz təkliflərini irəli sürmüşdü. Sonradan ekspertlərin bildirdiyinə görə, Lavrov ilk olaraq Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində 5 rayonun azad edilməsi təklifini irəli sürmüş və Serj Sarkisyan buna razılığını vermişdi. Təbii ki, aprel döyüşlərinin nəticələri onu bu addımı atmağa məcbur etmişdi. Əks halda o, çətin ki, hər hansı sülhə razı olardı.

Sarkisyan müsahibəsində qeyd edirdi ki,  “Azərbaycan Dağlıq Qarabağın özünə daxil olub, sonra ultimatum irəli sürmək istəyirdi”. Həm də o,  ilk dəfə etiraf edirdi ki, ermənilər bu döyüşlərdə ərazi itiriblər. Sarkisyan habelə deyib ki, o, 2011-ci ildə Kazan şəhərində Azərbaycan prezidenti ilə aparılan danışıqlarda erməni qoşunlarını 5 rayondan çıxarmağa və regiona sülhməramlıların yeridilməsinə razılıq verməyə hazır idi.

Belarus prezidenti Aleksandr Lukaşenko da KTMT-nin İrəvandakı sammitlərindən birində Ermənistanın o zamankı prezidenti Serj Sarkisyan və Rusiya prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etdiklərini bildirmişdi.

Üç il əvvəl Ermənistanın AŞPA-da nümayəndə heyətinin sədridir, parlament sədrinin müavini ermine Naqdalyan da Qarabağla bağlı bəyanat verərək demişdi: “Beynəlxalq hüquq bizə Qarabağ ətrafı ərazilərə nəzarət etmək haqqı vermir” Ekspertlərin fikrincə, bu bəyanat Sarkisyanın sifarişi əsasında verilib və Naqdalyanın dili ilə ictimai rəyi yoxlanılır.
Ermənistan parlamentinin deputatı Z. Postandjyan o vaxt qeyd edirdi ki, Serj Sarkisyan artıq təslim olub və Rusiyanın təklifinə əsasən ətraf rayonları qaytarmağa hazırdır: “Sadəcə olaraq ictimai rəyi buna kökləmək siyasəti aparılır. Bu proses yaxın gələcəkdə başa çatdırılacaq, daha sonra ərazilər boşaldılacaq”.
Lakin bu, baş vermədi, ona görə ki, erməni tərəfi özlərini ağıllı sayıb bizim öz torpaqlarımızın bir hissəsini geri qaytarıb, qalan hissısində ikinci erməni dövlətini yaratmaq istəyirdilər. Bu səbəbdən erməni bicliyi keçmədi və Azərbaycan öz vətəndaşları olan erməni əhaliyə yüksək muxtariyyət statusu verməklə ərazi bütövlüyü çərçivəsində sülh təklifini gündəmdə saxladı. İndi Nikol Paşinyan hökuməti də əvvəlki siyasəti davam etdirmək kursu götürüb. Bu da özünü ağıllı sayaraq düşünür ki, Azərbaycan erməni avantürasını qəbul edər. Bu səbəbdən deyəsən bu hökumətə də döyüşlər vasitəsilə məsələnin məğzini başa salmaq vaxtı yaxınlaşır. Belə görünür ki, erməniləri sülhə, insanlığa, dinc yanaşı yaşamağa məcbur etmək üçün ikinci “aprel dərslərinə” ciddi zərurət var.

N.NOVRUZ 

 

Sizin Reklam Yeriniz