Əlaqə Arxiv
news Image
2019.02.13
08:00
| A A A
Azərbaycanı maddi maraqlara satanlar…
Avropada insanlıq adına yalnız pul var, şərəf və ləyaqət kimi anlayışlar keçmişin qalığına çevrlib

Azərbaycanın bugünkü gününə baxıb sevinənlərlə yanaşı bu təmtəraqdan qəm-kədərə batanlar da var və kifayət qədərdir.  Dünyanın bir tərəfində siyasi plüralizm dərinləşdikcə digər bucaqda hər cür antaqonizm məqsədli şəkildə təbliğ olunur. Deyirlər, “bar gətirən ağaca daş-qalaq atan çox olar”. İşləmək istəməyənlər, havayı yeyənlər, hansısa qara niyyətini həyata keçirməyə səy göstərənlər min bir əziyyət bahasına yetişdirilən hazır nemətdən əldə etmək üçün nə biabırçılıq desən edərlər. Bu mənada Azərbaycanda dövləti cinayətdə bulunanlar, milli və insani heysiyyətini itirmişlər, insanlıq adına nə çirkli iş var görənlər Avropaya sığınaraq qoltuqda yaşamaq xatirinə hər cür iftiraya əl atır, pozuculuq fəaliyyəti göstərməyə çalışırlar. Belə səbatsız insanlara isə asan yolla pul qazananlar “maya” qoymağa həvəsli olur, cinayət əməllərinin icrasında onlardan gen-boı istifadə edirlər.

Avropada lövbər salmış bəzi keçmiş Azərbaycan vətəndaşları arasında belələri belə dönüklər az deyil. Onların içiboş layihələri nə qədər gurultulu səslənsə də əslində heç bir sosial bazaya malik mdeyillər. Ancaq, “milçək bir şey olmasa da ürək bulandırır”. Biri özünə dövlət qurub-lap elə uşaq başını aldadan nağıllardakı maymaqlar kimi, ətrafına da küçələrdə veyillənə-veyillənə böyüyənləri yığıb hərəsinə bir “nazirlik” həvalə edib. Biri demokratiyadan dəm vurub deyir ki, “ömqünün axırınadək bu yoldan dönməyəcək” və bu da həqiqətdir, çünki onun anlamında demokratiya azad aldatmaqdan və böhtan atmaqdan başqa bir şey deyil. Məsələn, TTMH (talış-muğan mühacir hökuməti), “Qarabağ uğrunda islami müqavimət hərəkatı” yaxud Azərbaycan naminə demokratiya təşkilatı və sairə.

Adını birinci çəkdiyim “superdövlət”in başında dövlətə qarşı cinayət törətdiyinə görə qazamata düşən və avtoritetləri əlaltısı olan Əlikram Hümbətovun həyatı haqda cəmiyyətin yaşlı nəslində “gözəl” təsəvvürlər var. Bu adam dönüklüyünə görə doğulub böyüdüyü torpaqda yaşaya bilmədi, çünki indi özünü talış xalqının müdafiəçisi adlandırmasına baxmayaraq elə əməllərinə görə talışların tənəsindən qaçıb gedib xaricdə özünə sığınacaq tapıb. Təbii ki, erməni “dostlsrı”nın sayəsində. İndi də həmin ermənilərin və onların Kremldəki ağalarının göstərişlərini yerinə yetirir.  Onun “hökumətinin”  “baş nazir”i Şahin Mirzəyev, millətlər və konfessiyalararası (dinlərarası) münasibətlər “naziri” Yusif Sərdarzadə, idman, gənclər və turizm “naziri” İlham Babazadə, kənd təsərrüfatı və iqtisadiyyat “naziri” Zamin Hüseynov, maliyyə, gömrük və vergilər “naziri” Ruslan Almaszadə, nəqliyyat, rabitə və informatika “naziri” İdris Qasımov, əmək və sosial təminatlar “naziri” İntiqam Həmidov, mədəniyyət, etnoqrafiya və dilçilik “naziri” Məhrəməli İsmayılov, daxili işlər, fövqəladə hallar və xüsusi xidmətlər “naziri” Məhəmməd Axundzadə, statistika komitəsinin “sədri” Şəmsəddin Şükürlü, energetika “naziri” Rafiq Şükürlü, mərkəzi bank idarə heyətinin “sədri” Emil Cəfərov və “baş prokuror” Raid Bağırovrovdur. Gülməlidir, deyilmi? İnsan pula görə özünü hansı dərəcəyə qədər alçaldarmış?! Vətənpərvər, qeyrətli, qürurlu talış heç vaxt bu yola getməz, ona görə ki, xəyanət yoludur. Bu bir. İkincisi isə, bambılı fəaliyyətdir. Talış xalqının adına belə əməllərlə məşğul olmaq nalayiq hərəkətdir.  Onlar bütün bunlar azmış kimi 9 fevral 2019-cu ildə xüsusi bəyanat yayaraq, həbsxanada iki günlük aclıq aksiyası keçirən Taleh Bağırov və onun tərəfdarı olanların bu aksiyanı durdurmaları istəyiblər. Deməli, pozucular əlaqəli şəkildə fəaliyyət göstərirlər. Həmdə bu fakt Qərbdəki erməni lobbisi ilə İranın xüsusi xidmət orqanlarının uyğun mövqe sərgilədiyini göstərir. Çünki, bunlara güclü Azərbaycan və ümumiyyətlə, müstəqil Azərbaycanın varlığı sərf etmir. Məqsəd Azərbaycanı konfederativ dövlətə və dini xurafata çəkməklə son nəticədə parçalayıb məhv etməkdir.

Hazırda bu qüvvələrin Azərbaycanın hərbi gücünü hədəf almaları birbaşa erməni mənbələrindən gələn tapşırıq əsasında həyata keçirilir. Ermənilər açıq-açığına ordu quruculuğunda bizə uduzduqları üçün bilirlər ki, zaman daralıb və Qarabağın azad edilməsi anı yaxınlaşır. Əgər Azərbaycan hücuma keçsə ermənilər bir belə davam gətirə bilməyəcəklər. Ordunu içəridən dağıtmaq üçün Azərbaycanın cənub bölgəsinin əhalisi arasında da hərbi xidmətin dəhşət saçması təəssüratı yaratmağa çalışırlar. Bununla da separatizm meyillərini əsgərlər arasında yaymağa çalışırlar. Lakin anlamırlar ki, Azərbaycanın gücü məhz etnik qrupların bir xalq halında birlik nümayiş etdirməsindədir.

Özünü demokratiya fədaisi hesab edən bu Orduxan Teymurxanlı hardan çıxıb, nə vaxtdan siyasətçi olub məlum deyil, amma məlum olan odur ki, Əlikramla bunun mənafeləri toqquşanda Avropanın mərkəzində münasibətlərini təmiz demokratik yolla aydınlaşdırırlar, yəni şillə-təpik davasına çıxırlar.

Amma nə Əlikramın separatizmi, nə İranın əlaltdan qızışdırıcı fəaliyyəti, nə də orduxanların qara-qışqırığı Azərbaycan üçün keçərlidir. Azərbaycanın xalqı və dövləti, müvafiq qurumları və və ən əsası da əhalinin mənəvi yüksəkliyi belə çıxışların qarşısını almaqda çox hazırlıqlıdırlar.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz