Əlaqə Arxiv
news Image
2019.02.16
09:00
| A A A
İqtidarla xalqın vəhdəti uğuru təmin edən birlikdir
Prezident İlham Əliyevin rəhbərlik missiyası xalqın ona etibarı qədər mükəmməldir

Prezident İlham Əliyevin vətəndaşlar  arasında nə qədər böyük hörmət və inama sahib olması, həm ölkə daxilində, həm də xaricdə də yaxşı məlumdur. Bunun da çox ciddi əsasları var. Dünyada baş verən mürəkkəb proseslərin fonunda, Azərbaycan yüksək dinamika ilə inkişaf edir,  ictimai-siyasi sabitlik təmin olunub, ölkədə lider-xalq birliyi sarsılmazdır. Bütün bunlar dövlət başçısının həyata keçirdiyi mükəmməl siyasətin nəticəsidir. Ölkə rəhbərinin gördüyü möhtəşəm, əzəmətli işlər nəticəsində Azərbaycan tarixində olmadığı qədər güclü dövlətə çevrilib.

16-cı ildir ki, inkişaf sürəti səngiməyən Azərbaycanda həyata keçirilən quruculuq işləri göz önündədir. Elə bir bölgəmiz yoxdur ki, orada abadlıq, quruculuq işləri getməsin. Həmçinin, sosial-iqtisadi sahədə də böyük nailiyyətlər əldə olunub, bölgələrdə xeyli sayda iş yerləri açılıb, məktəblər, tibb ocaqları, mədəniyyət və idman obyektləri tiklib istifadəyə verilib. Bütün bunlar vətəndaşlarımızın rifahı, sağlamlığı, yüksək biliklərə yiyələnməsi üçündür. Xalq bütün bunları  görür və ürəkdən dəstəkləyir.

Milli mənəvi dəyərlərin, ana dilinin qorunması, mədəni irsin inkişaf etdirilməsi sahəsində öz fəaliyyəti ilə xalqa  misilsiz xidmətlər göstərən İlham Əliyev daim xalqın içərisində, şad və ya çətin günlərdə həmişə onunla birgədir. Daxili və  xarici siyasətində xalqın mənafeyini, dövlətin  və millətin maraqlarını qəti şəkildə qoruyan dövlət başçısının uzaqgörən siyasətinin bir istiqaməti də türk dövlətləri və xalqlarının birliyinin gücləndirilməsi istiqamətində göstərdiyi səylər və təşəbbüslərdir. Məhz bu siyasətin nəticəsidir ki, türk birliyi son illər daha da güclənib və bu proses irəliyə doğru getməkdədir. 16 illik rəhbərlik dövrü xalqın İlham Əliyevə olan yüksək inamının ifadəsidir. 

İslam dini Azərbaycan xalqının formalaşmasında çox ciddi rol oynayıb. Ümumiyyətlə, türk xalqlarının böyük əksəriyyətinin inkişafında İslam mənəviyyatının rolu danılmazdır. Bu gün inkişaf etmiş Azərbaycan dövləti İslam sivilizasiyasının inkişafına öz töhfəsini verir, müsəlman dünyasının həmrəyliyində vacib rol oynayır. İslam ölkələrinə xarici qüvvələrin atdığı çamurlara  ölkəmiz dərhal etiraz edir. Müsəlman fundamentalizmi, İslam terrorizmi kimi çağırışların böhtan və süni olduğunu ifşa edir. Azərbaycanın İslam ölkələri ilə çox sıx əlaqələri var. Beynəlxalq İslam təşkilatlarında da ölkəmiz fəal iştirak edir. Azərbaycanda nə qədər yeni ibadətgahlar, məscidlər tikilir və ya bərpa olunur. Bu işlərin görülməsində Prezident İlham Əliyevin həm prezident kimi, həm də bir müsəlman ümməti kimi əməyi böyük və uğurludur.

Prezident İlham Əliyev 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməklə bütün İslam dünyasına ciddi mesaj verdi. Həmin il çərçivəsində yerli və beynəlxalq tədbirlər keçirildi. Bütün müsəlman dünyası həmrəylik təşəbbüsünü dəstəklədi. Dövlət başçısının şəxsi təşəbbüsü ilə həyata keçirilən tədbirlər xalqın inancına sədaqətin ifadəsi idi və Azərbaycan dövlətçiliyinin və ideologiyasının təcrübəsi bu cür qarşılıqlı münasibətdən möhkəmlənməsi nümunəsidir. Çünki, dövlətlərin, xalqların həmrəyliyi uğrunda mübarizə aparmaq üçün ilk növbədə ölkədeaxili həmrəyliyə nail olmaq gərəkdir. Azərbaycanda bu amil öz həllini xeyli vaxtdır ki, tapıb və bu işdə Prezident İlham Əliyevin gərgin və danılmaz əməyi var. Bunun faktiki göstəricisi xalqın ona göstərdiyi hörmət və ehtiramdır.

Prezidentin Beyləqan rayonuna sonuncu səfərində ictimaiyyətin nümayəndələri arasında yaşanan ab-havanın sadəliyi və istiqanlılığı diqqət çəkir. Sanki camaat dövlətin birinci şəxsi ilə deyil, özünə ata, qardaş, oğul bildiyi əziz insanla görüşür, deyir-gülür, hələ birlikdə mahnı da oxuyur. Bu cür doğmalıq hissi böyük anlamda həmrəyliyin hüceyrəsidir.  

Bu gün Prezident İlham Əliyevin siyasi nümunəsind ölkəmizdə yaşayan bütün xalqlar  azərbaycançılıq ideologiyası ətrafında sıx birləşib. Dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri Prezident İlham Əliyevi dəstəkləyir, lider kimi qəbul edirlər. İstər xarici, istərsə də yerli sosioloqlar tərəfindən aparılan təy sorğularının nəticələri İlhan Əliyevin həmişə yüksək reytinqə malik olduğunu göstərir. Xalqın tükənməz məhəbbətini qazanan dövlət başçısı olmaqla liderliyə yüksələn şəxsiyyətin “Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir” təfəkkürü ilə çalışması onun böyüklüyündən, ürək genişliyindən, xəlqiliyindən qaynaqlanır. İnsanlara xidmət etmək, təvazökar olmaq, insanlıq borcunu şərəflə yerinə yetirmək,  insanlara qayğı, vətəndaş amili, onların arzu və istəklərinin öyrənilib yerinə yetirilməsi Prezident İlham Əliyevin siyasi iradə və qətiyyətinin təzahürüdür.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz