Əlaqə Arxiv
news Image
2019.02.16
16:30
| A A A
Azərbaycan və Qırğız respublikalarının XİN başçıları Türk Şurasının zirvə görüşünə hazırlığı müzakirə ediblər

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının xarici işlər naziri Çingiz Aydarbekov ilə görüşüb.

XİN-in Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, tərəflər Azərbaycan və Qırğızıstan arasında mövcüd olan əməkdaşlıq münasibətlərini müzakirə ediblər və ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə daha da möhkəmləndirilməsinin əhəmiyyətini ifadə ediblər.

Nazirlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq iştirakçı ölkələr arasında iqtisadi-ticarət və turizm sahələrində əlaqələrin daha da inkiaf etdirilməsinin önəmini qeyd ediblər, Türk Şurasının növbəti zirvə görüşünə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı həmçinin regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular üzrə fikir mübadiləsi aparılıb.

Sizin Reklam Yeriniz