Əlaqə Arxiv
news Image
2019.02.19
09:30
| A A A
Qarabağ münaqişəsinin çözülməsi yolunda yeni gəlişmə
Birbaşa danışıqlara cəhd, Ermənistan yolayrıcında və baş vasitəçinin pozuculuq fəaliyyəti

Rusiyanın “lenta.ru” saytı yazır ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağın taleyi haqqında gizli danışıqlar gedir və İrəvan güzəştə getməyə məcburdur. Saytın yazdığı, prinsipcə, reallıqdır. Ermənistan həqiqətən çətin vəziyyətdədir, əgər Azərbayanla münasibətləri yoluna qoymasa bu ölkənin axırı naməlum olaraq qalacaq. Azərbaycanla münasibətlərin durulması isə Qarabağın işğalına son qoymağı meydana gətirir. Rus saytında analitik yazının müəllifi ermənidir. Lakin bu fakt məsələnin real mahiyyətini dəyişmir. İrəvan, baxmayaraq ki, başqa ölkənin ərazisini müharibə yolu ilə işğal edib, bu torpaqlar üzərində nəhakimiyyətini, nə də orada qurduğu qomdarma respublikanın hakimiyyətini hüquqi cəhətdən təsbit edə bilib.

Azərbaycan ərazi bütövlüyünü nəyin bahasına olur-olsun bərpa etmək əzmindədir və bunun üçün bütün imkanlara malikdir və  o cümlədən müharibə kimi dəhşətli vasitənin tətbiqinə də hazırdır. Bu reallığı Rusiya mətbuatında açıb-ağartmaq nəyə lazımdır? Axı, bütün dünya bilir ki, Kreml bu işğalın ideoloqudur. İndi Ermənistanın ağası sayılan Rusiyada bu məsələ niyə gündəmə gətirilir.

Məsələnin kökündə Ermənistan tərəfinin təşəbbüsü ilə Azərbaycan rəhbəri İlham Əliyevlə ayaqüstü təsəvvürü yaradan saat yarımlıq görüş keçirilməsi və bundan bir müddət sonra Parisdə iki ölkənin xarici işlər nazirlərinin 4 saatlıq görüşünün baş tutması və görüş sonrası verilən bəyanatlarda “xalqların sülhə hazırlanması” çağırışının səslənməsi lazımsız Minsk qrupunun əsas həmsədri sayılan Rusiyanı səksəndirib. Kreml ideoloqları dərhal hücuma keçiblər və Ermənistanın Azərbaycan qarşısında geri çəkilməsi, iki ölkə arasında gizli danışıqların başlanması kimi hökmlərlə gündəmi qarışdırmağa başlayıblar. Çünki, Ermənistan və Azərbaycan arasında çözülməli olan bu məsələni zorla digər ölkələr öz öhdələrinə götürüblər və öz istəklərinə uyğun həll prosesi müəyyənləşdiriblər. Bu prosesin tərkib hissəsi münaqişənin uzun müddət dondurulmuş qalması və həll olunacağı təqdirdə digər ölkələrin maraqlarının əsas çərçivə kimi qəbul edilməsidir.

İndiyədək öz müstəqilliyinin qədrini bilən Azərbaycan hər vəchlə bunun qarşısını alıb və bəlkə də münaqişənin həll olmamasının əsas səbəblərindən biri budur. Belə ki, Azərbaycan ərazi bütövlüyünün tam və şərtsiz bərpası kimi haqlı tələblə çıxış edir. Lakin həm MQ-u həmsədrlərinin, həm də Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə danışıqların gedişi pozulub. Ancaq indi Erməınistan rəhbərliyi dəyişib və hadisələrin gedişatına görə belə iddia etmək olar ki, bu ölkə başqa bir ölkənin əyaləti adlanmaqdan bezib və müstəqil olmaq istəyir. Buna görə də münaqişəni yoluna qoymaq fikrindədir. Bunun üçünsə Azərbaycanla münasibətləri düzəltmək gərəkdir. Buna nail olmaq üçünsə tarixi həqiqəti qəbul etmək, ədalətli davranaraq torpaqları qaytarmaq lazımdır. Çünki, vassallıqdan qurtulmaq üçün iqtisadi müstəqillik, iqtisadi müstəqillik əldə etmək üçün Azərbaycandan və Türkiyədən kömək almaq vacibdir. Münaqişə ətrafında müzakirələrin belə bir məcraya yönəlməsi heş də asan başa gəlməyib. Bu, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyasının uzun illər ərzində əzmlə apardığı mübarizənin ağıllı sonluğu kimi düşünülə bilər. Lakin “şeytan” işə pəl vurmasa.

Hadisələrin bu hipotezlər əhatəsində cərəyan etməsi Rusiyaya heç cür sərf etmir. Buna görə də bu ilin əvvəlindən artıq Kreml ideoloqları İrəvanın Bakı qarşısında geri çəkilməsi yaxud Azərbaycanın torpaqları geri qaytarmaq üçün tezliklə müharibəyə başlayacağı barədə ictimaiyyətə anonslar ötürürlər. Hətta qızışıb konkret tarix söyləyən “politoloq”lar da var. Məqsəd nədir? Erməniatana təzyiq göstərmək?! Əvvəl, çoxları belə düşünürdü. Lakin indi məlum olur ki, məqsəd danışıqların gedişini pozmaqdır. Təsadüfi deyil ki, bu günlərdə Münhendə keçirilən beynəlxalq təhlükəsizlik konfransında Ermənistan və Azərbaycan XİN nazirlərinin görüşəcəyi haqda ciddi informasiyalar yayılmışdı. Lakin konfransa cəmi bir neçə gün qalmış Rusiya XİN rəhbəri Sergey Lavrovun bu görüşdə iştirak edəcəyi barədə Kremlin yaydığı xəbər gözlənilməz olduğu qədər də pozucu idi. Münxendə Azərbaycan və Ermənistan nazirləri görüşmədilər. Halbuki bu görüş baş tutsaydı, növbəti olaraq ölkə rəhbərlərinin görüşü olmalı idi.

Biz dəfələrlə təhlili yazılarımızda bildirmişik ki, əgər Minsk qrupunun üzvləri, həmsədrlər və ümumiyyətlə, beynəlxalq güclər və ictimaiyyət Qarabağ münaqişəsinin həllini istəyirlərsə, münaqişə tərəflərini – Ermənistan və Azərbaycanı üzbəsurət sərbəst buraxmalıdırlar. Onda heç bir müharibə-filan olmadan b iki xalqın nümayəndəli çox qısa müddətdə sülh razılaşması əldə edə bilərdilər. Üstəlik, indiki halda regionun liderinə çevrilmiş Azərbaycanın iqtisadi-siyasi və hərbi gücü onun münaqişənin dominantı olduğunu təsbit edir. Ermənistan çoğrafi mövqeyi və ictimai-siyasi və iqtisadi vəziyyəti elədir ki, ona ən real kömək qonşusundan gələ bilər. Bu mənada əslində Ermənistan Azərbaycandan asılı vəziyyətdədir. Lakin buna baxmayaraq, Azərbaycan öz düşməninin axırına çıxmağı yox, haqq-ədalət və sülh müqabilində ona yardım əlini uzaqmaq barədə düşünür. Çünki, real siyasət yürüdür və humanizmi heç vaxt unutmur. Üstəlik, Azərbaycanda yaşayan ermənilərə geniş özünüidarəetmə hüququ verməyə də söz verir.

N.NOVRUZ  

 

Sizin Reklam Yeriniz