Əlaqə Arxiv
news Image
2019.02.19
14:25
| A A A
Azərbaycanda yeni medal təsis edilib
Azərbaycanda yeni medal təsis olunub.

Movqe.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Dəyişikliklə medalların sırasına daha biri – “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919 – 2019)” medalı əlavə edilib.

Yubiley medalı ilə Azərbaycanın diplomatik xidmət orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, diplomatik xidmətdə yüksək nəticələr əldə edən diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, diplomatik xidmət orqanlarının veteranları, habelə Azərbaycanın beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində fəal iştirak edən və diplomatik xidmət orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər.

Medal diametri 36 mm olan, qızıl suyuna çəkilmiş dairəvi bürünc lövhədən ibarətdir.

Medalın arxa tərəfinin yuxarı hissəsində “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, mərkəzində “XARİCİ İŞLƏR NAZİRLİYİ” sözləri yazılıb.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Sizin Reklam Yeriniz