Əlaqə Arxiv
news Image
2019.02.20
10:15
| A A A
Radikal müxalifət düşərgəsinə verilən fundamental qiymət
Dəqiq təhlil, optimal qiymətləndirmə, siyasi mükəmməllik

Prezident İlham Əliyevin siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictima-siyasi şöbəsinin müdiri Əli Həsənov  özünün facebook səhifəsində paylaşdığı “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” adlı məqaləsində respublikamızdakı müxalif qüvvələr haqda hədəfi vuran və reallığı əks etdirən fikirlər irəli sürüb. Əslində, bu məqalə müasir ictimai həyatın bir qolu olan müxalifət düşərgəsinin fundamental qiymətini vermək baxımından dəyərli və aktualdır.

Müəllif haqlı olaraq son 30 ildə ölkədə baş verən ictimai-siyasi proseslərin şahidi və bilavasitə iştirakçısı olmaq etibarı ilə gördüklərini, yaşadıqlarını dərin zəka süzgəcindən keçirib lakonik dillə məsələnin əsas mahiyyətini ictimaiyyətə çatdırır vəinsanlara real faktlar əsasında elmi konsepsiya təqdim edir. Söhbət müstəqil dövlətin siyasi həyatının yaranması, inkişafı və bu yolda rastlaşdığı maniələri necə dəf etməsindən gedir. Ancaq təəssüf ki, qarşıya çıxan maniələrdə “milli qüvvələr” də var və xalq belələrini qəbul etməsə də xaricdən onlara maraq göstərənlər tapılır və yenə də təəssüf ki, pul-paraya hərislik həmin “millilərin” antiovqatlı olmalarını stimullaşdırmağa yardım edir. Əli müəllim bu maniələri belə xarakterizə edir: “Avropa Liberal Demokrat İttifaqına qatılmaq naminə dəyərlərini dəyişən sağçılar da var, özlərinə gah şimalda, gah da cənubda himayədar axtaran solçular da; dünyəvi konstitusion quruluşu əsl dövlətçilik istehkamı olaraq qorumağa hazır olan sekulyarlar da məlumdur, bu quruluşu istiqlalımız qarışıq öpdükləri əlin fitvasına təslim etməyə hazır olan klerikallar da”.

Kimlərdir bu adamlar? Əlikərimlilər, orduxanlılar, müntəzirlər, eminmillilər və sair və ilaxır. Bunlar o şəxslərdir ki, tənbəllikdən, savadsızlıqdan, naqislikdən özlərinə bir sənət qazanıb qazanc mənbəyi yaratmaq istəməyərək hər şeyi cəmiyyətdən tələb edir, halal insanların hesabına yaşamağı arzulayırlar. İşləmək, haqq-ədaləti qorumaq, cəmiyyətin inkişafına yardım etmək, dövlətçiliyi möhkəmləndirmək belələri üçün “ver yeyim, ört yatım”dan ibarətdir. Buna görə istər-istəməz sual yaranır: Əli Kərimli və ona bərabər müxalifətçilər, habelə onların təmsil etdikləri təşkilatların ictimasi-siyası fəaliyyəti hara və nəyə yönəlib?  Məqalədə oxuyuruq: “Sirr deyil ki, Prezident İlham Əliyev həyata keçirdiyi bir çox islahatların nəticəsi kimi son aylarda büdcəmizin artan imkanlarını sosial problemlərin həllinə yönəltdikdən, iqtisadi liberallaşmanı sürətləndirdikdən, siyasi plüralizmin genişlənməsi və bütövlükdə ölkəmizdə insan kapitalının sürətli inkişafına xidmət edən çoxsaylı qərarlar qəbul etdikdən sonra məlum xarici anti-Azərbaycan qüvvələr daha da fəallaşıblar. Bu qüvvələr xaricdəki anti-Azərbaycan şəbəkəsi və ölkəmizin daxilindəki “beşinci kolonu”, bir çox digər uzantılarını, o cümlədən Əli Kərimlini və onun qrupunu fəallaşdıraraq işə qoşublar”. Bu, həqiqətdir və sübut edir ki, radikallar xarici maliyyə xatirinə anti fəaliyyəti göstərir və bununla da xəyanət tolunu seçirlər.

Lakin Azərbaycan dövləti və bu dövlətin keçiyini qurub-qoruyanların şəffaf fəaliyyəti müxaliflərin xəyanətini dəf edərək puça çıxarır və xalqın sosial rifahının qorunmasını, cəmiyyətin təhlükəsizliyinin sabit qalmasını təmin edir. “Görünən reallıq odur ki, istər daxili siyasətdə, istərsə də diplomatik müstəvidə İlham Əliyev hakimiyyətinin qazandığı hər bir uğur Əli Kərimli və bu tipli insanların siyasi iflasını dərinləşdirir, onları cəmiyyətin dinamikasından geridə qoyur, ictimaiyyətin diqqət mərkəzindən uzaqlaşdırır”-deyə, Əli Həsənov yazır.

Siyasi məsələlər üzrə prezident köməkçisinin bu məqaləsi günümüzün aktual problemləri ilə səsləşir və cəmiyyətimizin, xüsusilə gənc nəslin zərərli xarici və daxili təsirlərdən qorunması, yaradıcı, multikultural dəyərlərə, siyasi yetkinliyə qovuşması istiqamətinə gedən yolları aydın göstərir. Həm də sosial şəbəkə iştirakçıları ilə polemik düşüncələrə imkan yaratmaqla iştirakçıları ünsiyyətcilliyə təşviq edir.

N.NOVRUZ 

 

Sizin Reklam Yeriniz