Əlaqə Arxiv
news Image
2019.02.22
10:00
| A A A
Düzlükdən danışıb, əyri yolu seçənlərin gülünc iddiası
Müxalifətin növbəti mitinqinə icazə verilməməsi hazırkı şəraitdə doğru qərardır

Bu ildən başlayaraq özünü radikal müxalifət sayan və guya demokratik dəyərlər uğrunda mübarizə aparanlar belə görünür ki, növbəlilik şərtilə mitinqlər keçirməyi qərara alıblar. İlin ilk ayında AXCP və Musavat “Məhsul” stadionunda mitin təşkil etmişdisə, indi “Milli şura” meydana atılıb təşəbbüskarlıq edir. Amma cəbhəçi-partiyaçılar da gendə durmur, özlərini hey yeyib tökülər. Yeri gəlmişkən, musavatçılar da onlarla birlikdədir və üçü birinə, biri də heçə bərabər şüarlar və niyyətlərlə mitinqi gözləyirdilər. Lakin Bakı Şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsinə icazə vermədi. Həm də haqlı olaraq vermədi. Niyə?

Yanvarın 19-da keçirilən mitinqdə söz deyib söz eşitmək əvəzinə qara-qışqırıq salıb araqarışddırmağın axırı cəmiyyətə yaxşı məlumdur. Ən pisi də həmin günün səhərisi Şəhidlər Xiyabanında camaatın gur olmasından istifadə edərək qarışıqlıq salmaq, asayiş keşikçilərinin qayda-qanunu qorumaq çağırışlarını qulaqardına vuraraq onlara təkidlə müqavimət göstərmələri bu adamların ictimai tədbirlərdən siyasi məqsədləri naminə sui-istifadə etmələrini cəmiyyətə əyan etmişdi.

Və indi qəribə və mürtəce oxşarlıq yaranır: qarşıdan 26 fevral Xocalı soyqırımı günü gəlir. Ayın 23-də mitinq keçirmək, sonra da 26-da Xocalı şəhidlərinin abidəsi önündə həmişəki kimi yaranacaq ziyarətçilərin izdihamından istifadə edib əhali arasında qarışıqlıq yaratmaq, gərgin hadisələrin yaşanmasından sonra hakimiyyəti səbatsızlıqda günahlandırmaqla xal qazanmağa çalışmaq şansı güdülməsi şübhəsizdir.

Ancaq bu biabırçılıq azmış kimi eyni vaxtda Avropada məskunlaşmış separatçıların da səsi eşidilməyə başlayıb. Əgər Bakıda mitinq eşqinə düşənlər separatçılarla birbaşa əlaqə saxlayırlarsa, onda onlar ucdantutma xəyanətkardırlar. Yox, əgər belə bir əlaqə yoxdursa, onda dəqiq məlumdur ki, ortada Azərbaycan əleyhinə işləyən başqa bir qüvvənin koordinasiya fəaliyyəti var. Çox güman ki, elə belədir və bu, ermənis diasporudur.  Nədəndir ki, Mehdibəy Səfərov adlı bir azərbaycanlı (yəqin ki, özünü müxalifətçi adlandıran, amma əslində separatçı olan) Avropada Azərbaycanla bağlı “Xalqların depokratik partiyası” adlı təşkilat (partiya) yaradır və cidd-cəhdlə iddia edir ki, partiya separatçılıqla məşğul olmaq üçün yaradılmır. Lakin bu şəxs kimi aldadır, məlum deyil. Çünki, təşkilatın adı artıq separatçılıq arzusunun daşıyıcısıdır. Birincisi, nə üçün “Azərbaycanın Demokratik Partiyası” yox, xalqların?! Üstəlik, xaricdə oturub Azərbaycanla bağlı siyasi partiya yaratmaq nə dərəcədə məqsədəuyğundur. Demək, fəaliyyət dövlətçilik əleyhinə ziyanlıdır ki, bu yol seçilib.   

Bunlarla paralel Vidadi İsgəndərli kimilərin də fəallaşması sübut edir ki, bütün bunlar bir əldən idarə edilir və yalnız Azərbaycanın əleyhinə yönəldilib. Bu səbəblərdən mitinqə icazə verilməməsi düzgün verilmiş qərardır.

N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz