Əlaqə Arxiv
news Image
2019.02.22
12:40
| A A A
Ermənistanın çığallığı KTMT-nin qaydalarını dəyişdirmir

 

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) qeyri-konstruktiv mövqeyi “nəticələrini” verib. Mövqe.az  “Kommersant” qəzetinə istinadla xəbər verir ki, bu təşkilatda daha bir il müddətində baş katib olmayacaq, onun vəzifələrini isə Rusiya təmsilçisi Valeri Semerikov icra edəcək.

Ötən il KTMT-də öz nümayəndəsi Yuri Xaçaturovu geri çağıran rəsmi Yerevan 2020-ci ilədək baş katib vəzifəsinin ona məxsus olduğunda təkid edir. Belarus isə bu vəzifəyə öz nümayəndəsini – ölkənin Təhlükəsizlik Şurasının katibi Stanistalv Zasın namizədliyini irəli sürüb. Ermənilərin israrı və yaratdıqları qalmaqaldan sonra təşkilata rəhbərlik V.Semerikova həvalə olunub.

Rusiya XİN-dəki mənbə “Kommersant”a KTMT-nin daha bir il baş katibsiz qalacağı məlumatını təsdiq edib. O xatırladıb ki, Ermənistan Stanislav Zasın namizədliyinin təsdiq olunmasını istəmir. Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan isə qəzetin sorğusuna cavabında rəsmi Yerevanın yaxın vaxtlarda bu məsələ ilə əlaqədar görüşlər keçirməyəcəyini bəyan edib. O, eyni zamanda, “KTMT-nin “Ermənistanın təhlükəsizlik sisteminin mühüm tərkib hissəsi” olduğunu, təşkilatın hüquqi bazasının möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.

Ermənistan rəsmisinin “hüquqi baza” sözlərini şərh edən “Kommersant” yazır ki, Yerevan bununla baş katib vəzifəsinin 2020-ci ilədək özündə qalacağına eyham edir. Belarus XİN-in mətbuat katibi Anatoli Qlazın “KTMT otel deyil” bəyanatına cavab verən erməni rəsmisi isə bildirib ki, “hər bir otelin öz qaydaları var, əlavə saatlar üçün əlavə haqq ödənilməlidir”. Bu qəribə cavab Ermənistanın məsələyə qeyri-ciddi yanaşma tərzinin göstəricisidir.

Rusiyalı politoloqlar isə Yerevanın KTMT-nin “izqoy”una çevrildiyini və Paşinyanın bu təşkilata münasibətinin hamını təəccübləndirdiyini bildiriblər.

Sizin Reklam Yeriniz