Əlaqə Arxiv
news Image
2019.03.15
07:00
| A A A
Hərbi təlimlərimiz Ermənistanda daha böyük xof yaradır
Elşən Mustafayev: “Qarşı tərəfi ən azından basqı altında saxlamaq üçün hərbi təlimlər mütəmadi olaraq keçirilməlidir”

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri Ermənistan tərəfindən narahatlıqla qarşılanır. Xəbər verildiyi kimi, Azərbaycan ordusu plana müvafiq olaraq növbəti genişmiqyaslı hərbi təlimlərə start verib. Ordumuzun mütəmadi olaraq həyata keçirdiyi bu təlimlər  Silahlı Qüvvələrimizin gücünün nümayişi baxımından mühüm faktordur. 
Məhz bu faktorun nəticəsidir ki, növbəti hərbi təlim də İrəvanda ciddi narahatlıq, həyacan yaradıb. Bu da ondan irəli gəlir ki, düşmən ölkə Azərbaycan ordusunun nəyə qadir olduğunu əyani şəkildə öz üzərlərində hiss ediblər. Belə ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun düşmən üzərində qazandığı şanlı qələbədən üzü bəri ermənilər hələ də vahimə içərisində yaşamaqda davam edirlər. 
Onu da qeyd edək ki, Azərbaycan ordusu Ermənsitandan fərqli olaraq daha müasir və hədəfi dəqiq vurmaq qabiliyyətinə malik silahlarla təchiz olunub. Azərbaycan ordusunda həm də möhkəm dəmir nizam-intizam hökm sürür. Ordumuzun döyüş qabiliyyəti yüksək olmaqla yanaşı, əhval-huriyyə də yüksəkdir. Düşmən ordusunda isə uzun zamandır ki, hərc-mərclik hökm sürür.  Bütün bunların fonunda Azərbaycanın keçridiyi hər bir hərbi təlim Ermənistan tərəfdə ciddi həyacana səbəb olur. 
Politoloq Elşən Mustafayev bildirdi ki, Azərbaycanın bu ilər ərzində hərbi təlimlərə başlaması fonunda düşmənin həyəcan və narahatlıq keçirməsi ilk dəfə deyil baş verir: “Onu da vurğulayaq ki, son zamanlar Azərbaycan genişmiqyaslı hərbi kontingent cəlb etməklə hərbi təlimlər keçirir. Təbii ki, bu da Ermənistanda ciddi narahatlıq və təşviş yaradır. Çünki düşmən tərəf hələ də aprel döyüşlərinin onlara gətirdiyi həyəcandan, qorxudan xilas ola bilməyib. 
Ermənistan həm də ondan narahatdır ki, hərbi təlimlərin müharibəyə keçəcəyi təqdirdə Rusiyanın hansı mövqe tutacağını da sona qədər bilmirlər. Çünki Nikol Paşinyan baş nazir olandan sonra İrəvan-Moskva münasibətləri əvvəlki sələflərinin dövründə olduğundan fərqli müstəviyə keçib. Onlar arasında ara-sıra müəyyən soyuqluq hiss olunur. Bu mənada əmin deyillər ki, Azərbaycan hərbi əməliyaytlara başlasa, indiyə kimi onlara dəstək verən tərəflərin, xüsusən də Rusiyanın mövqeyi necə olacaq. Belədə ciddi narahatlıq keçirirlər. Amma bütün bunlara rəğmən Paşinyan özündən əvvəlki Sarkisyanla müqayisədə Qarabağ məsələsində heç bir fərqli siyasət yürütmür.  Hətta bəzi məqamlarda Paşinyan daha aqressiv və münaqişənin ədalətli həlinə gətirib çıxaracaq nəticəyə ziddi addımlar atmaqla məşğuldur. Bunu onun separatçıların da danışıqlar prosesinə cəlb edilməsi təklifini ortaya atması və “sülh naminə, torpaqların qaytarılması”ndan imtinasından görmək olar. Onun dəfələrlə və təkidlə separatçıların da danışıqlar masasına oturdulmasını təklif etməsi sübt edir ki, Paşinyanın Dağlıq Qarabağla bağlı mövqeyi heç də əvvəlkilərindən fərqli deyil, əksinə daha aqressivdir. 
Sözsüz ki, Azərbaycan Ordusunun keçirdiyi hərbi təlimlər onları narahat edəcək və etməlidir. 
Ümumiyyətlə, hazırda Ermənistanda Dağlıq Qarabağ məsələsində ciddi narahatlıq hökm sürür. İrəvan bu dəfə müharibə başlayacağı təqdirdə, aprel döyüşlərindən bir qədər sonra əməliyyatların dayandırılması ilə bağlı Azərbaycana edilən xahişin növbəti dəfə də olacağına əmin deyillər. Belədə düşmən ölkədə narahatlıq davam edəcək. Ona görə də qarşı tərəfi ən azından mənəvi tərəfdən basqı altında saxlamaq üçün belə təlimlər mütəmadi olaraq keçirilməlidir. Bununla belə düşünürəm ki, yaranmış bu situasiyada, daim narahatlıq keçirmələrinə rəğmən İrəvanın Qarabağ məsələsinə yanaşması indilikdə dəyşməyəcək. Onların bu məsələdə yanaşmalarının dəyişməsi problemin hərb yolu ilə həllindən keçir. Reallıq budur. 
Düşmən özü açıq şəkildə bəyan edir ki, torpaqları müharibə yolu ilə işğal ediblər. Yalnız hərbi müstəviyə qədəm qoyulduqdan sonra düşmən tərəfi nə istəsək ona razı olmağa məcbur olacaq. Yəni hərbi təlimlərdə istifadə ediləm silahlardan real müstəvidə istifadə edilməlidir ki, İrəvanın elə-belə geri çəkilməsi real görünmür. Ermənistanı situasiyadan asılı olaraq bir neçə faktor geri çəkilməyə məcbur edə bilər. Azərbaycanın hərbi əməliyyatlara başlaması, ikinci bir tərəfdən, həmin prosesin başlanması fonunda Moskvanın İrəvana dəstək göstərməməsi, neytral qalması fonunda Ermənistan güzəştlərə getməyə məcbur olacaq”. 
Rüfət NADİROĞLU
 

Sizin Reklam Yeriniz