Əlaqə Arxiv
news Image
2019.03.15
07:49
| A A A
Hakimiyyətin apardığı islahatlar radikallara göz dağıdır
Cəmiyyətin rədd etdiyi fəaliyyətlər radikalları cəmiyyətdənkənar topluma çevirir

İğtişaşlar, qarşıdurmalar yaratmaq radikal müxalifətin əsas mübarizə vasitəsinə çevrilib. Bunlar özlərini elə aparırlar ki, sanki Azərbaycan dövləti daxilində ayrıca dövlət strukturlarına malikdirlər və özlərinin də konstitusiyaları, ictimai münasibətləri tənzimləyən qanunları var. Bu cür davranış isə artıq antikonstitusion fəaliyyətdir və qanunla cəzalandırılır.

Belə davranışlardan biri bir həftə əvvəl, qadınlar üçün əziz olan 8 mart günündə baş verdi. Qəribədir, özlərinə tərəfdar tapa bilməyən cəmi bir neçə nəfər qadın küçədə çığır-bağır salmaqla ictimaiyyətin diqqətini cəlb etməyə çalışırdı. Heyrətləndirici məqam o idi ki, əlində kamera, foroaparat və telefon tutanların sayı qışqırıqçıların sayını bir neçə dəfə üstələyirdi. Yəni, açıq-aşkar görünürdü ki, məqsəd şəkil çəkdirib, fakt əldə etməkdir. Çünki, aramsız çığırtılarından çətinliklə olsa da məlum ilurdu ki, qadına şiddəti pisləyirlər. Yaxşı, adamdan soruşarlar, ay xanım, siz kimə qarşı çıxırsınız ?! Hökumət bütün siyasi, iqtisadi və mənəvi ruhu ilə cəmiyyətimizdə qadınların hüquqlarını göz bəbəyi kimi qoruyur. Bu əsasda istənilən qədər yüksək mahiyyətə malik humanist və inzibati qaydaları müəyyənləşdirən qanunlarımız mövcuddur. Cəmiyyətimizin milli koloritindən doğan və qadın aliliyini qoruyan nə qədər milli dəyərlərimiz var ! Ümumiyyətlə isə dünyada qadına böyük hüquqlar bəxş edən ilk dövlətlərdən biri də Azərbaycandır. Belə olan təqdirdə bayram günündə küçəyə çıxıb çığır-bağır salmaq, əhalinin şənliyinə kədər qatmaq, bayram əhval-ruhiyyəsini korlamaq təbii narazılıq ifadəsi sayıla bilərmi ?! təbii ki, yox ! Ortada iki təkzibolunmaz aml var : qrant almaq uğrunda radikallararası mübarizə və ya Avropaya qaçıb oralarda oturum izni almaq üçün dosye hazırlamaq. Bu, Qərbin gizli xidmətlərinin ictimai təşkilatlar vasitəsilə yaydığı hüquq oyunlarının tərkib hissəsidir.

8 mart hadisəsi bütün çılpaqlığı ilə fiaskoya uğradı. Polisin nəzakətli davranışla dağılışmaq tələbinə baxmayaraq icazəsiz küçə yürüşünə davam etmək istəyən həmin bir neçə nəfər qadına ictimaiyyət nümayəndələri kəskin reaksiya verdilər. Çünki, “narazı”  qadınların hərəkətləri çılğınlıq yox, ictimai asayişi pozmağa yönəlmişdi və qadının o formada hərəkətləri kəınardan çox ikrahedici görünürdü. Necə ki, Mehman Hüseynov həbsdən azad ediləndən sonra digər alternativ cinsin nümayəndəsi, radikal Əli Kərimli onun evinə yersiz gəlişi ilə naqolay vəziyyətə düşmüşdü. Sosial şəbəkələrdə yenidən tərbiyəsiz çıxışlar edən Vidadi İsgəndərlinin fəaliyyəti isə ikrahla bərabər həm də qəzəb doğurur. Fəaliyyəti isə ikrahla bərabər həm də qəzəb doğurur. “Youtube” kanalındakı mənasız böhtanları ilə abır-həyasını itirmiş bu adama şəbəkə iştirakçıları tərəfindən daha nələr deyilmir ?! Ölkənin demokratik quruculuq istiqamətini müəyyənləşdirən qanunlar inzibati yolla, ictimaiyyət isə mənəvi dəyərlərlə radikal müxalifəti rədd edir. Niyə ? Haqlı sualdır. Amma cavab çox sadədir. Ona görə ki, Azərbaycanda gedən ictimai-siyasi, iqtisadi və mədəni islahatlar əhali ilə iqtidar arasında qarşılıqlı anlaşmanı və əlbir fəaliyyəti gücləndirir, ünsiyyət kanallarını genişləndirir və bununla da xalq-iqtidar birliyini möhkəmləndirir. Bu amil radikalların pozuculuq fəaliyyətinə öldürücü zərbə vurur.

Bu gün Azərbaycanda ictimai-siyasi vəziyyət tamamilə fərqlidir. Respublikamız demokratik yolla inkişaf edir, vətəndaşların hüquq və azadlıqları yüksək səviyyədə təmin olunub. Hakimiyyət dəyişikliklərinin baş verdiyi ölkələrdən fərqli olaraq Azərbaycanda demokratiyanın əsas göstəricilərindən sayılan söz azadlığı təsbit edilib. Elə bu azadlığın nəticəsidir ki, radikal müxalifət mətbuatı istədiyini yazır. Digər tərəfdən, Azərbaycanda vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb və bu, davam etməkdədir.  

N.NOVRUZ

 

 

 

Sizin Reklam Yeriniz